Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3235/2023 28.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə İddiaçı X4, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilərək azaldılması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X7 Cavabdeh qarşı “aliment miqdarının azaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə 15 avqust 2018-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş hər ay 300 (üç yüz) manat miqdarında ödənilməli olan alimentin miqdarının dəyişdirilərək azaldılması və 15 avqust 2018-ci ildə anadan olmuş qızı X3 üçün hər ay 195 (bir yüz doxsan beş) manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 06 sentyabr 2021-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə 15 avqust 2018-ci il təvəllüdlü X3 üçün hər ay 300 (üç yüz) manat miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o kiçik bizneslə məşğul idi və gəliri qeyd olunan aliment məbləğini ödəməyə imkan verirdi. Lakin xx.xx.2022-ci il tarixdən biznesində yaranan problemləri nəticəsində artıq işləyə bilməmiş və fəaliyyətini məcburi dayandırmışdır. Hal-hazırda heç bir bizneslə məşğul deyil və hər hansı bir gəlir yeri yoxdur. Təyin olunmuş alimenti ödəyə bilmir. Buna görə də iddiaçı Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 15 avqust 2018-ci il təvəllüdlü X1 üçün tutulan alimenti miqdarının azaldılması xahiş edir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra iddianın predmetinin dəyişdirilməsini zəruri edən və məhkəmə baxışı gedişində əmələ gələn halların və ya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın predmetinin dəyişdirilməsini ondan asılı olmayan səbəblərə görə mümkün etməyən halların mövcudluğunu əsaslandırmadığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında iddianın predmeti dəyişdirilməmişdir. İddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 15 avqust 2018-ci il təvəllüdlü X3 üçün hər ay 300 (üç yüz) manat miqdarında alimenti ödəyə bilmir. Alimentin miqdarı təyin olunan vaxtı kiçik bizneslə məşğul idi. Hazırda isə işləmir və fəaliyyətini məcburi dayandırmışdır. Hal-hazırda heç bir bizneslə məşğul deyil. O məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı X4 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, X7 ilə əmlak mübahisəsinin olduğuna görə sonuncu alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir. X7 əvvəlki kimi sahibkarlıqla məşğul olur və onun gəlirin olmaması barədə dedikləri həqiqətə uyğun deyil. İş materiallarında olan MŞB/16-00599 nömrəli, 03 aprel 2023-cü il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, X7 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı Nikah evində 933 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, İddiaçı və X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mercedes Benz E220” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 CDİ” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı oğlnun və X9 ½ hissədə paylarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron arayışının surətindən görünür ki, İddiaçı fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci il tarixinədək dayandırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında həmçinin göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşağın mənafeyi nəzərə alınmaqla aliment məbləğinin azaldılmasına dair iddia tələbləri təmin edilməli deyil. Belə ki, işin hallarından görünür ki, məhkəmə qərarına əsasən tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşağın saxlanılması üçün hər ay 300 manat məbləğində alimentin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin azaldılması uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədinə xidmət etmir. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması barədə müvafiq dövlət orqanından arayışın təqdim olunması yuxarıda qeyd olunan halları aradan qaldırmır. Digər tərəfdən, həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı uşağın əvvəlki təminat səviyyəsinə təsir edə biləcək alimentin miqdarının azaldılmasının zəruriliyini əsaslandırmamışdır. Belə ki, iddiaçı alimentin miqdarının azaldılmasına dəlaət edən, onun ailə və ya maddi vəziyyətində dəyişikliyin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının öz tələblərində göstərdiyi hallar tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşağın saxlanılması üçün ödənilən alimentin miqdarının azaldılmasının zərurətinə dəlaət etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X4 Cavabdeh qarşı “aliment miqdarının azaldılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3235/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3235/2023
28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver