Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-324/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nın nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2019cu il tarixli, 105804-671362/1 nömrəli kredit müqaviləsi üzrə 6876,41 manat məbləğində əsas borc, 1213,32 manat faiz borcu olmaqla, ümumilikdə 8089,73 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.İ.Səmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə cavabdeh K.Ş. Quliyev arasında xx xxxx 2019-cu il tarixdə 105804-671362/1 saylı krediti müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən borcluya 30 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 9740 manat məbləğində kredit verilmişdir, borclu Cavabdeh müqavildən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur, bunun üçün onlara yazılı və şifahi formada xəbərdarlıq edilsə də, o, buna münasibət göstərməmiş və banka olan borcunu ödəməmişdir, xx.xx.2020-ci il tarixinə kimi onların ödənilməmiş 6876,41 manat məbləğində əsas borc, 1213,32 manat faiz borcu olmaqla, ümumilikdə 8089,73 manat məbləğində kredit borcu qalmışdır, müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh krediti vaxtında ödəmədiyindən əlavə gecikdirilmiş kredit borcu yaranmışdır, ona görə də istehlak krediti müqaviləsi üzrə şərtləşdirilmiş öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Sonda E.İ. Səmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, əsas borc məbləğinin, o cümlədən, faiz borc məbləğinin bank tərəfindən şişirdilmiş hesab edir, mülki iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatı üzrə ekspertin gəldiyi nəticənin düzgün olduğunu düşünür, borc məbləğlərinin ekspertin gəldiyi nəticələrə uyğun həddə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir, banka olan borcunu 7647.62 manat həddində qəbul edir və o həddə ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, 105804-671362/1 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 30 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 9740 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, TT19077NKMQT saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 9740 manat məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu xx.xx.2019-cu il tarixli 105804-671362/1 saylı kredit müqaviləsi üzrə 6876,41 manat əsas, 1213,32 manat faiz borcu olmaqla, cəmi 8089,73 manat borc təşkil edir və kredit müqaviləsi üzrə gecikmə 128 gün təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə cavabdehə xx.xx.2019-cu il tarixli 105804-671362/1 saylı kredit müqaviləsi üzrə 9740 manat borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/4579 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 105804-671362/1 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2020-ci il tarixə olan borcu əsas borc üzrə 6861,52 manat, faiz borcu üzrə 786,10 manat, ümumlikdə 7647.62 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 26,5% faiz olmaqla 30 ay müddətinə 9740 manat məbləğində kredit ayrılması barədə İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, 105804-671362/1 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir,, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, borc məbləği hələ də ödənilməmişdir, Cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, xx.xx.2020-ci il tarixli, 9/4579 saylı kredit müqaviləsi üzrə ekspert rəyini sübut kimi qəbul edərək, iddia tələbi üzrə hesablanmış əsas borc və faiz borcunu həmin rəyin nəticə hissəsində hesablanmış 6861,52 manat əsas borc və 786,10 manat faiz borcu olmaqla cəmi 7647,62 manat həddində müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 6861,52 manat məbləğində əsas borc, 786,10 manat faiz borcu olmaqla, ümumilikdə 7647,62 manat alınaraq İddiaçı ASC -yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertizanın dəyərini təşkil edən 100 manat isə cavabdehdən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6861,52 manat məbləğində əsas borc, 786,10 manat faiz borcu olmaqla, ümumilikdə 7647 (yeddi min altı yüz qırx yeddi) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-324/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-324/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver