Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3246/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X7 sonuncu dəfə xx xxxxx 2015-ci ildə başqa ölkələrdə iş axtarmaq üçün evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Artıq dörd ildən artıqdır ki, onunla əlaqələri kəsilmişdir və ondan heç bir xəbər yoxdur. Ərizəçi onun axtarılması ilə bağlı xx xxxx 2016-cı ildən etibarən müvafiq ərizələrlə Azərbaycan Respublikasının müxtəlif səlahiyyətli orqanlarına müraciətlər etmişdir. Ötən müddət ərzində onlara verilən şifahi məlumatlardan aparılmış araşdırmaların nəticəsində aydın olmuşdur ki, onlar (ərizəçinin həyat yoldaşı və qaynı) xx xxxxx 2015-ci ildə X14 X15 reysilə Türkiyəyə getmişlər. X3 və X10 axtarılıb tapılması və onların harada olmaları haqqında məlumat verilməsi məqsədilə öz səlahiyyətləri daxilində Türkiyə Respublikasının səlahiyyətli qurumlarına müraciət göndərilməsi xahişi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə xx xxxxxxx 2017-ci ildə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən ona bildirilmişdir ki, müraciətləri araşdırılması üçün Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi vasitəsi ilə daxil olmuş məlumata əsasən X11 və X4 Türkiyə Respublikasına giriş və çıxışı ilə bağlı hər hansı bir məlumat aşkarlanmamışdır. Halbuki müraciətləri əsasında bütün səlahiyyətli qurumların iştirakı ilə müəyyən edilmişdir ki, X7 və X12 xx xxxxx 2015-ci il tarixdə X14 X15 reysilə dövlət sərhədindən keçməklə Türkiyəyə uçmuşlar. Onlar Türkiyə Respublikası ilə sərhəddə olan münaqişə ocağına ya qaçırılmışlar, ya da getmişlər. Ərizəçi X7lə xx xxxxxxxx 2002-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Həmin nikahdan xx xxxxx 2006-cı ildə X5 və xx xxxx 2010-cu ildə X8 dünyaya gəlmişdir. Hazırda mövcud durum onların sosial müdafiəsi, təhsil, səhiyyə hüquqlarının həyata keçirilməsi, asudə vaxtlarının təşkili və sair məsələlərlə bağlı çətinliklər yaradır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli ərizəçinin həyat yoldaşı xx xxxxxx 1972-ci il təvəllüdlü X3 xx xxxxx 2015-ci il tarixdən xəbərsiz itkin düşmüş kimi qəbul olunması haqda qərar qəbul edilmişdir. X3 itkin düşməsindən 5 il keçib. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, onun xx xxxxxx 2017-ci il tarixli ərizəsi tərəflərindən araşdırılmış və DGK-nın məlumat bazasına əsasən həyat yoldaşı X3 sonuncu dəfə xx xxxxx 2015-ci il tarixdə saat 08:02-də Heydər Əliyev adına beynəlxalq hava limanından istifadə etməklə Türkiyə Respublikasına getməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş 2018/24518991-KODA/1356417S saylı məktubun sürətindən görünür ki, X10 və X4 Türkiyə Respublikasına giriş və çıxışı barədə məlumatın olmadığı bildirilmişdir. İş materiallarında olan X16 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, arayış verilir Ərizəçi Lükmetullayevnaya ondan ötrü ki, o, həqiqətən də həyat yoldaşı X3 axtarışı ilə bağlı Azərbaycan X16nin Axtarış Xidmətinə xx.xx.2016-cı ildə müraciət etmişdir. Axtarış xidməti tərəfindən aparılan sorğular nəticəsiz qalmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək, əri X9 xx.xx.2015-ci il tarixdə qardaşı Vyaçeslavla birlikdə xaricə getmək adı ilə çıxıb getmişdir, bu günə qədər bir xəbər yoxdur. Həmin qərarla cinayət hadisəsinin olmadığı və fakt üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 043-40716A-3217 saylı məktubunun surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikasına keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli 33/7521 nömrəli məktubundan görünür ki, X3 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında şəxsin xx.xx.2015-ci il tarixində Türkiyə Respublikasına getdiyinə dair məlumat qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-505/2020 saylı qətnaməsindən məlum olur ki, X3 xx xxxxx 2015-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X13 Roman Abdullayevin bacısı olmaqla yanaşı, qardaşının 5 ildir olmamasını, iki qardaşının da xx.xx.2015-ci il tarixdə Rusiyaya iş axtarmaq adı ilə evdən getdikərini və bir daha geri qayıtmadıqlarını, bu günə qədər onlardan heç bir xəbər olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Abdullayeva Səidə X1rdaşının arvadı olmaqla yanaşı, əri qardaşı ilə birlikdə xx.xx.2015-ci il tarixdə Rusiyaya iş axtarmaq adıilə evdən getdikərini, lakin sonra onlardan bir xəbər çıxmamışdır və onlar axtarış verdikdən sonra müəyyən olmuşdur ki, əri və qaynı birlikdə Türkiyəyə gediblər. Bu günə qədər onlardan bir daha məlumat olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə görə, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Mülki Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 həlak olması üçün real ölüm təhlükəsi törədən bir şəraitdə xəbərsiz itkin düşməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclası zamanı araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 1972-ci il təvəllüdlü X3 bu məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilməlidir. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq həmçinin qeyd edir ki, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1972-ci il təvəllüdlü X7 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3246/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3246/2020
14.09.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver