Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3256/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1747,02 manat əsas borcun, 163,19 manat faiz borcu və 30,58 manat faiz borcu olmaqla, ümumilikdə 1940,79 manat borcu və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 499,32 manat əsas borc, 51,48 manat faiz borcu, ümumilikdə cəmi 550,8 AZN borcun və 44,92 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 20 faizlə 48 ay müddətinə 3200 manat kredit götürmüşdür, eyni zamanda cavabdeh xx.xx.2019-cu il tarixli kredit verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 36 ay müddətinə art vasitəsilə 500 manat məbləğində kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır, xx.xx.2022-ci il tarixinədək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1747,02 manat əsas, 163,19 manat faiz borcu və 30,58 manat faiz borcu olmaqla, ümumilikdə 1940,79 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 499,32 manat əsas borc, 51,48 manat faiz borcu olmaqla, cəmi 550,8 manat kredit borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 3-Y-3-0-1680-19 saylı istehlak kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə istehlak məqsədilə 3200 manat kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 3-Y-3-0-1680-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu müqaviləyə görə Bank borcalana 48 ay müddətinə, 0 ay güzəşt müddəti, aylıq annuitet 97,38 manat olmaqla, illik 20 faiz dərəcəsi ilə 3200 manat kredit vəsaiti ayırmışdır. Belə ki, iş materiallarından görünür ki "xxxx" İKB ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 11-Y-2-0-1555-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 36 ay müddətinə, illik 23% olmaqla, 500 azn məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Kassa məxaric orderindən görünür ki, bir ədəd Plastik kart 11-188132-9 Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 3200 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə banka 1747.02 manat əsas borc, 163,19 manat faiz borcu, 30,58 manat cərimə borcu olmaqla, cəmi 1940,79 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə banka 499,32 manat əsas borc, 51,48 manat faiz borcu olmaqla, cəmi 550,8 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə ondan kredit müqaviləsi üzrə borcunun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda gecikdirilmiş 5%-lə hesablanmış əldən çıxmış faydanın da ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixi ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 44,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh arasında sonuncuya illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 3200 manat məbləğində kredit verilməsi və illik 23 faizlə 36 ay müddətinə 500 manat məbləğində kredit verilməsi barədə kredit müqavilələri bağlanmışdır, cavabdeh müqavilələrdə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqavilələri ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, o, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsə də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda cavabdehin banka olan ödənilməmiş borc məbləği xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 1940,79 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 550,8 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1747,02 AZN əsas borc, 163,19 AZN faiz borcu, 30,58 AZN cərimə borcu olmaqla, cəmi 1940,79 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 499,32 Azn əsas borc, 51.48 AZN faiz borcu olmaqla, cəmi 550,8 AZN, ümumilikdə 2491,59 manat manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 44,92 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1747,02 AZN əsas borc, 163,19 AZN faiz borcu, 30,58 AZN cərimə borcu olmaqla, cəmi 1940,79 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 499,32 AZN əsas borc, 51.48 AZN faiz borcu olmaqla, cəmi 550,8 AZN, ümumilikdə 2491 (iki min dörd yüz doxsan bir) manat 59 (əlli doqquz) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 44 (qırx dörd) manat 92 (doxsan iki) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3256/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3256/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver