Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3289/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı "xxxx" ASC nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.2. dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.
İşə baxan məhkəmənin mövqeyi:
4. Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyi təqdirdə yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməzsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə vermiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bunlarla yanaşı, cavabdeh işin mahiyyəti üzrə həllini tapmasını tələb etməmişdir. Odur ki, məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır.
5. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı "xxxx" ASC tərəfindən dövlət büdcəsinə “X2” vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 82.58 (səksən iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır.
6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın.
2. İddiaçı "xxxx" ASC tərəfindən dövlət büdcəsinə “X2” vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 82.58 (səksən iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova