Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-329/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli № YP0084 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 2021-ci il buraxılışlı qara rəngli BAN № LFBGE3064MJD02714, mühərrik № CA4GB15TD-30067816 olan FAW T77 Pro Bestune markalı avtomobilin Cavabdeh MMC tərəfindən geri götürülməsi, ödənilmiş 43100 (qırx üç min yüz) manat pulun hazırkı dövrdə indeksasiya edilməklə ona geri qaytarılması, dəymiş maddi ziyan (qəza baş verən gündən məhkəməyə müraciət edilən dövrədək işi ilə əlaqədar gündəlik taksi xidmətindən, ictimai nəqliyyatdan istifadə etdiyim üçün, eyni zamanda tibbi və müalicə xərcləri) üçün 3000 manat, həmçinin hüquqi xərclər (dövlət rüsumu, vəkil xərcləri, sənədlərin tərcümə edilməsi, sənədlərin notarial qaydada təsdiq edilməsi) üçün 3000 manat və mənəvi ziyan üçün 160000 (yüz altımış min) manat, ümumilikdə 209100 (iki yüz doqquz min yüz) manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işi baxılmamış saxlayıb, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin mülki işin baxılmamış saxlanmasına dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin baxılmamış saxlanması barədə yazılı ərizə verdiyindən, cavabdeh işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, onun işin baxılmamış saxlanmasına dair etirazı məhkəməyə daxil olmadığından, işin məhkəmə baxışı mərhələsində olması nəzərə alınaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 499 (dörd yüz doxsan doqquz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-329/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-329/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver