Məhkəmə qərarları › İş №2(011)-3292/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3292/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3292/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 400 (dörd yüz) manat borc məbləğinin, cavabdehə görə zamin olaraq Firuzə adlı şəxsə ödədiyi 300 (üç yüz) manat məbləğinin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı Cavabdeh xx.xx.2023-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən “Araz Market”in yanında digər tanışı Firuzə adlı xanımdan ona zamin durmaqla faizlə aldığı 400 (dörd yüz) manat məbləğində pulu vermişdir. Cavabdeh ondan götürdüyü 400 (dörd yüz) manatı bir aydan sonra qaytaracağına vad versə də, qaçıb yayınmışdır, müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. O, Cavabdeh görə zamin durduğuna görə tanışı Firuzəyə ümumilikdə 700 (yeddi yüz) manat pulu ödəmişdir. Dəfələrlə Vüqardan verdiyi pulu geri tələb etsə də istəyi nəticəsiz qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, 2023-cü ilin əvvəlində 400 manat məbləğində pulu Firuzə adlı şəxsdən faizlə alıb Cavabdeh borc kimi vermişdir. Cavabdeh həmin borcu 1 aydan sonra qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin borcu qaytarmamışdır. Borcun qaytarılması 3 ay müddətində gecikdiyinə görə o, əlavə 300 manat məbləğini də faiz borcu olaraq Firuzə adlı tanışına ödəmişdir. Ümumilikdə o, cavabdehin alıb qaytarmadığı borca görə 700 manat pul ödəmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, 2023-cü ilin əvvəlində İddiaçı 1 ay müddətində qaytarmaq şərti ilə 400 manat məbləğində borc almışdır. O bildirmişdir ki, iddiaçıya pul qaytarmamışdır. İddiaçı ilə danışığına əsasən 1 aydan sonra ona 400 manat borc və 60 manat əlavə pul ödəməli idi. O, iddiaçının kimdən pul aldığını bilmir və kiməsə faizlə pul qaytarmağı vəd etməyib. O bildirmişdir ki, aldığı 400 manat məbləğindən artıq məbləğdə borcun tutulmasına etiraz edir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2023-cü ilin əvvəlində 1 ay müddətində qaytarmaq şərti ilə 400 manat məbləğində borc almışdır. Tərəflərin razılaşmasına əsasən borcun qaytarılması zamanı cavabdeh iddiaçıya 400 manat aldığı pulu və 60 manat əlavə pul ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya hər hansı ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətlərinin olması işin mübahisəsiz halıdır. Buna görə də borcun qaytarılması ilə bağlı iddia tələbləri 460 manat borcun tutulması hissəsində təmin edilməlidir. Daha artıq məbləğin tutulması ilə bağlı iddia tələbləri sübuta yetirilməmişdir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində tanışı Firuzə adlı şəxsə əlavə 300 manat, ümumilikdə isə 700 manat pul ödədiyini qeyd etsə də, buna dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (1) bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar