Məhkəmə qərarları › İş №2(011)-3299/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3299/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3299/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X2” ASC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3.000 manat əsas, 857,16 manat faiz, 5,28 manat cərimə, cəmi 3.862.44 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 58,63 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X2” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50% ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 29 mart 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 3.000 manat əsas, 857,16 manat faiz, 5,28 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3.862,44 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı “X2” ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «Unibank” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 3046nkNARb/21 saylı kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Bank ("xxxx" KB ASC) 120 ay müddətinə, illik 35% ödəmək şərtilə, 20.000 manat məbləğində krediti Borcalana (Cavabdeh) verməyi, Borcalan isə kreditdən təyinatı üzrə istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.7.1-ci maddəsinə görə Borcalan krediti və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bank kreditin qalıq məbləğini kredit faizinin qalıq məbləği ilə birlikdə Borcalandan tələb edə bilər. Müqavilənin 2.9-cü maddəsinə görə Borcalan kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan “banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları”na 1 saylı əlavədən görünür ki, Cavabdeh Bankın 2117 qısa nömrəsindən onun Bankda qeydiyyatda olan mobil telefon nömrəsinə təklif sms-i gəldiyi və o da həmin sms-ə öz razılığını bildirdiyi halda ona ən çoxu 120 ( yüz iyirmi) ay müddətinədək, illik faiz dərəcəsi 35% (otuz beş) faizədək olmaq şərti ilə 20 000 ( iyirmi min) manat məbləğədək kredit verilməsini xahiş etmişdir. 1 saylı əlavə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 3046nkNARb/21 saylı kredit müqaviləsinə əsasən 3000 manat pul məbləği köçürülmüşdür. İşin materiallarında olan BANK/PİKMD/1091961 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cəmil Əlyarovun "xxxx" KB ASC-yə qeyd edilən müqavilə üzrə 3.000 manat məbləğində əsas, 857,16 manat faiz, 5,28 manat cərimə, cəmi 3.862,44 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cəmil Əlyarova borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə 58.63 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 58,63 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 3046nkNARb/21 saylı kredit müqaviləsi üzrə 3.000 (üç min manat) əsas borc, 857,16 (səkkiz yüz əlli yeddi manat on altı qəpik) faiz borcu, 5,28 (beş manat iyirmi səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 3.862,44 (üç min səkkiz yüz altmış iki manat qırx dörd qəpik) borc məbləği və 58,63 (əlli səkkiz manat altmış üç qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X2” ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar