Məhkəmə qərarları › İş №2(011)-33/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-33/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-33/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 noyabr 2018-ci il tarixli, SHNPU-4541 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1.322,91 manat, faiz borcuna görə 20.25 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1.343,16 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh 18 dekabr 2018-ci il tarixdə dəm qazının toksin təsiri nəticəsində Bakı şəhərində vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04 yanvar 2019-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan İddiaçı ASC tərəfindən 09 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iş üzrə Cavabdeh vəfat etmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh vərəsələrinin müəyyən edilməsi məqsədilə sorğular verilmiş, lakin həmin sorğulara cavab verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh vəfat etdiyindən və barəsində mübahisə edilən hüquq münasibəti üzrə mərhumun varisləri müəyyən edilmədiyindən 2(011)-33/2021 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə 2(011)-33/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar