Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3316/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü oğlu X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində tutulması və ödənilmiş 50 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutulması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasındakı nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmaqla himayəyə verilməsi, hər ay hər uşağa görə 130 manat, ümumilikdə hər ay 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı həmin qətnamədən aliment hissəsində apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10401/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 fevral 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat, ümumilikdə hər ay 320 manat sabit pul məbləğində aliment məbləğinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda qızı X5 yetkinlik yaşına çatmışdır, oğlu X3 isə 16 yaşı vardır. İddiaçı qeyd edir ki, övladının əlavə xərcləri, maddi təlabatları artdığından təyin edilmiş aliment miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Beləliklə, uşağın yetkinlik yaşına çatanadək nəzərdə tutulmuş alimentin miqdarının artırılması zərurəti yaranmışdır. İddiaçı dəfələrlə cavabdehə oğluna maddi baxımdan dəstək olmasını xahiş etsə də, cavabdeh maddi yardım göstərməkdən imtina etmişdir. Yaranmış mübahisənin mediasiya vasitəsilə həlli üçün cavabdehə iddiaçı tərəfindən təklif göndərilmiş, 11 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü ildə iclas təyin edilmişdir. Lakin, cavabdeh iclas barədə məlumatlı olmağına baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçı qeyd edir ki, o, 50 manat məbləğində mediasiya xərclərini də ödəmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, aliment miqdarının 220 manat məbləğidə müəyyən edilməsinə etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-3549/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikahın pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 nikah pozulduqdan sonra İddiaçı yanında saxlanılmaqla himayəsinə verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10401/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 fevral 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat, ümumilikdə hər ay 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 14 noyabr 2019-cu il tarixdə 576 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “X4” göstərilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində artırılması tələb olunan ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, həmçinin, bir il ərzində həmin ödəmənin məcmusu 720 manat təşkil etdiyinə görə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10401/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yuz iyirmi) manat sabit pul məbləğində aliment və ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcləri tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3316/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3316/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver