Məhkəmə qərarları › İş №2(011)-3336/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3336/2022

10.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3336/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “istifadə hüququnun tanınması və yaşayış yeri üzrə qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin ünvana pasport qeydiyyatına götürülməsinə dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə X2 ilə nikaha daxil olmuş və ünvan 1 ünvanına gəlin köçmüşdür. Onların birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 dünyaya gəmişdir. Hal-hazırda ailə üzvləri ilə yuxarıda qeyd olunan ünvanda yaşayır. İddiaçı qeyd edir ki, əvvəllər Yasamal Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatında olmuşdur. Hal-hazırda həmin ünvndan qeydiyyatdan çıxrılmışdır. Ona görə də X3 aid doğum haqqında şəhadətnaməni və digər sənədləri əldə edə bilsə də, yeni doğulan X1 ilə bağlı hər hansı bir sənəd əldə edə bilməmişdir. Bu da iddiaçının və onun övladının hüquqlarını kobud surətdə pozur. Belə ki, övladı qanunvericilkdə nəzərdə tutulmuş ad, soyad və ata adından istifadə edə bilmir.İddiaçının isə pasport qeydiyyatı olmadığından şəxsiyyət vəsaiqəsi etibarsız hesab olunmuş, iddiaçı hər hansı sənədləşmə işlərində iştirak edə bilmir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaş ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən, həmçinin yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaş dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfin yaşayış yeri üzrə qeydiyyata alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirildiyinə görə hazırkı iddia tələbinin mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki iş üzrə icraata xitam verilir. Məhkəmə həmçinin, Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin ünvana pasport qeydiyyatına götürülməsi iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar