Məhkəmə qərarları › İş №2(011)-3337/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3337/2022

22.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3337/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Bəşərəddin oğlu Mehrəliyev iddiaçı X1 Cavabdeh qarşı alimentin artırılmasına, 4900 manat alimentin borcunun ödənilməsinə və uşaqla ünsiyyətin təmin edilməsinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılmasına, 4900 manat alimentin borcunun ödənilməsinə və uşaqla ünsiyyətin təmin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Prosessual normadan müəyyən olunur ki, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan, hər birinin öz tərəfi üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüququ nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. Hesab edirəm ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılmasına, 4900 manat alimentin borcunun ödənilməsinə və uşaqla ünsiyyətin təmin edilməsinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar