Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-334/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3033.26 manat əsas kredit borcu, 383,95 manat kreditdən istifadəyə görə faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun olmaqla, cəmi 3447,21 manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 032CASA193250006 saylı 21.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə illik 23 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında bağlanmış 21.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödəməli idi. Lakin o, İddiaçı ASC0-yə ərizə ilə müraciət edərək, ona verilmiş kreditin restrukturizasiyası edilməsini və bununla bağlı müvafiq razılaşmanın imzalanması xahiş etmişdir. Bundan sonra tərəflər arasında bağlanmış 032CASA201220001 saylı 01.05.2020-ci il tarixli restrukturizasiya razılaşması imzalanmaşdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 kredit üzrə 3429,08 manat əsas və 19,52 manat faiz borcu 23 faiz olmaqla son icra müddəti 01.04.2021-ci il tarixi müəyyən edilmişdir. Qeyd edilən razılaşma şərtlərini digər cavabdeh də qəbul etmiş və bu barədə 01.05.2020-ci il tarixli yeni zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 25.11.2020-ci il tarixinə təkrar İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, ona verilmiş kreditin restrukturizasiya edilməsini və bununla bağlı müvafiq razılaşmanın yenidən imzalanmasını xahiş etmişdir. Cavabdehin xahişini nəzərə alaraq tərəflər arasında restrukturizasiya razılaşması imzalanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 kredit üzrə 3033,26 manat əsas və 155,58 manat faiz borcu 23 faiz olmaqla son icra müddəti isə 20.09.2021-ci il tarixi müəyyən edilmişdir. Qeyd edilən razılaşma şərtlərini digər cavabdeh də qəbul etmiş və bu barədə 25.11.2020-ci il tarixli yeni zaminlik müqaviləsi imzalamışdır. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 kredit müqaviləsinin bitmə tarixinə İddiaçı ASC-yə 3033,26 manat əsas kredit borcu, 383,95 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3417,21 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2019-cu il tarixli 032CASA193250006 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcalana 5000 manat məbləğində, illik 23 faizlə dən çox olmayan, 12 ay müddətinə kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 21.11.2019-cu il tarixli 032FİZAM77919001 nömrəli Zaminlik Müqaviləsinə görə, zamin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2019-cu il tarixli 032CASA193250006 nömrəli “Kredit müqaviləsi” üzrə əsas öhdəliyin, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2020-ci il tarixli 032CASA201220001 nömrəli Restrukturizasiya Razılaşmasına əsasən borclananın 21.11.2019-cu il tarixli 032CASA193250006 saylı kredit müqaviləsi üzrə 3429,08 manat əsas, 19,52 manat faiz borcu mövcuddur. İş materiallarında olan 01.05.2020-ci il tarixli 032FİZAM77919002 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 21.11.2019-cu il tarixli 032CASA193250006 nömrəli kredit müqaviləsi üzrə 5000 əsas borc, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40 faizi məbləğində cərimədir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2020-ci il tarixli 032CASA201220001R nömrəli Restrukturizasiya Razılaşmasına əsasən borclananın 21.11.2019-cu il tarixli 032CASA193250006 saylı kredit müqaviləsi üzrə 3033,26 manat əsas, 155,58 manat faiz borcu mövcuddur. Qeyd edilən kredit üzrə faiz dərəcəsi 23 faiz və kreditin son icra müddəti 20.09.2021-ci il müəyyən edilir. İş materiallarında olan 01.05.2020-ci il tarixli 032FİZAM77919002 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 21.11.2019-cu il tarixli 032CASA193250006 nömrəli kredit müqaviləsi üzrə 5000 əsas borc, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40 faizi məbləğində cərimədir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə əsas borcu 3033,26 manat, faiz borcu 383.95 manat, cərimə borcu 0 manat, ümumilikdə 3417,21 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı bildirişdən görünür ki, cavabdehdən borcunu bildiriş məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində İddiaçı ASC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 07.01.2022-ci il tarixli, 9/9151 nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 21.11.2019-cu il tarixli 032CASA193250006 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 07.09.2021-ci il tarixinə İddiaçı ASC olan borcu 3408,42 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 3030,83, faiz borcu üzrə 377,59 manat. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Cavabdehdən əsas borca görə əsas borc üzrə 3030,83 manat, faiz borcu üzrə 377,59 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış "21.11.2019-cu il tarixli 032CASA193250006 nömrəli kredit müqaviləsinə 25.11.2020-ci il tarixli 032CASA201220001R restrukturizasiya razılaşması" üzrə əsas borca görə 3030,83 (üç min otuz manat səksən üç qəpik) manat, faiz borcuna görə 377,59 (üç yüz yetmiş yeddi manat əlli doqquz qəpik) manat, ümumilikdə 3408,42 (üç min dörd yüz səkkiz manat, qırx iki qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-334/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-334/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver