Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3341/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-719/2020 saylı 22.06.2020-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş hər uşağa 120 manat aliment pulunun miqdarının artırılaraq hər uşağa görə 175 manat sabit pul məbləğində olmasına və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında A.N. Gülalıyeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-719/2020 saylı 22.06.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan 19.10.2015-ci il tarixdə doğulmuş X4 və 18.12.2017-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa sabit pul məbləğində 120 manat aliment cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi qərara alınmışdır. Hal-hazırda uşaqları saxlanılması üçün maddi cəhətdən tələbat artmışdır, uşaqların xərcləri çoxalmışdır. Eyni zamanda Azərbaycan Respublikası “Yaşayış minimumu haqqında” Qanunun tələblərinə uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Sonda A.N. Gülalıyeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında R.A. Gülalıyev ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, o, iddiaçı ilə nikahı pozulduqdan sonra ikinci dəfə ailə həyatı qurmuşdur, bu yaxınlar da uşağı dünyaya gələcəkdir, əmək haqqısı azdır, həmçinin özü bəzi xəstəliklərdən də əziyyət çəkir, birgə nikahdan doğulmuş 19.10.2015-ci il tarixdə doğulmuş X4 və 18.12.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli 2(041)-719/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 120 manat aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat aliment ödəməyə razıdır. Sonda R.A. Gülalıyev qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 23.01.2019-cu il tarixdə verilmiş AZ-İV 200929 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18.12.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 06.08.2017-ci il tarixdə verilmiş AZ-İİİ 993760 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19.10.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29.03.2021-ci il tarixli, 73/21 saylı arayışdan görünür ki, Cavabdeh 23.02.2019-cu il tarixdən hal-hazıradək "xxxx" MMC –də Təminat şöbəsində sürücü köməkçisi vəzifəsində çalışır və aylıq əmək haqqı 350 manat təşkil edir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(041)-719/2020 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17.08.2016-cı il tarixdə bağlanmış və 2 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində 732 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən Cavabdeh 15 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, İddiaçı bu xərcdən azad edilməsi, tərəflərin birgə nikahlarından 19.10.2015-ci il tarixdə doğulmuş X4 və 18.12.2017-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılması, 19.10.2015-ci il tarixdə doğulmuş X4 və 18.12.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 19.10.2015-ci il tarixdə doğulmuş X4 və 18.12.2017-ci il tarixdə doğulmuş X3 adlı iki övladları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, tərəflər ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırlar, Kürdəmir Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(041)-719/2020 saylı Qətnaməsi ilə 22.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bununla belə, aliment miqdarının artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, cavabdehin iddia tələbini qismən qəbul etdiyini, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların əvvəlki yaşayış səviyyəsini və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(041)-719/2020 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19.10.2015-ci il tarixdə doğulmuş X4 və 18.12.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(041)-719/2020 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19.10.2015-ci il təvəllüdlü X4 və 18.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3341/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3341/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver