Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3360/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bank "xxxx" ASC-dən 200000 (iki yüz min) manat və 490 (dörd yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bank "xxxx" ASC-dən 200 000 min manat, 490 manat məbləğində dövlət rüsumu, 326 manat vəkilə ödənilən məbləğ və 300 manat ekspertiza xərcləri tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Mərkəzi” MMC-nin hərracın keçirilməsinə dair 15 oktyabr 2020-ci il tarixli YP -011 saylı satış protokolu etibarsız sayılmasına dair iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi təmin olunaraq sözü gedən mənzilə dair satış protokolu xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin şikayətdə təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək iddiaçıya məxsus olan Abşeron rayonu,Məmmədi i kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Bundan sonra iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə Bank "xxxx" ASC-ırşı iddia irəli sürülmüş və məhkəmədən “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də şən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən mənzilə dair X2 (mənzilinin yeni mülkiyyətçisi (Bank "xxxx"ASC tərəfindən satılmış) adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla həmin mənzilin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin (Hakim M. Abbasova) xx.xx.2023-cü il tarixli, 2(012)- 330/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair X2 adına verilmiş xx.xx.2021 -ci il tarixli ********** saylı çıxarışın ləğv dilməsi, Ə.N.Kərimovun “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mönzilcən istifadə hüququna xitam verilməsi, Ə.N.Kərimovun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və iddianın rədd edilməsi, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1512/2023 saylı qətnaməsi ilə (X8)apellyasiya şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ə.N.Kərimov Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məkhəmə kassasiya şikayətini təmin etmiş (xx.xx.2024-cü il tarixli 2(102)- 1364/2024 saylı qərar) və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1512/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni apellyasiya baxışma qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2( 105)- 1383/2024 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 330/2023 saylı qətnaməsi X2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyesterdən çıxarışın ləğv edilməsi, Ə.N.Kərimovun Abşeron rayonu, Məmmədli kəndi “ Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Ə.N.Kərimovun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə də DƏDRX tərəfindən cavabdeh Bank "xxxx"ASC-nin adına verilmiş (öncədən iddiaçının adına olmuş), mənzilə dair çıxarış məhkəmə tərəfindən ləğv edilmişdir. Lakin həmin mənzilin hal-hazırda olan mülkiyyətçi Ə.N.Kərimovun mülkiyyət hüququ məhkəmə tərəfindən qorunub saxlanılmışdır. İddiaçının mülkiyyəti qanunsuz olaraq cavabdeh Bank "xxxx" ASC tərəfindən əlindən alınmış və qanun çərçivəsində digər şəxsə satılmışdır. Belə olan halda cavabdeh Bank "xxxx" ASC-dən iddiaçının mənzilinin dəyəri (hal-hazırkı) iddiaçıya ödənilməlidir. Halhazırda həmin mənzilin bazar qiyməti 200 000 (iki yüz min) manatdır. Yuxarıda qeyd etdiklərinə görə iddiaçı məcbur qalıb məhkəməyə müraciət edib öz hüquqlarımı bərpa etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək, izahatında İddiaçı banka qarşı vurulmuş zərərin ödənilməsi ilə iddia qaldırdığını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-115/2025 saylı qətnaməsi ilə iddianın rədd edildiyini bildirərək, iş üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən "xxxx"ASC-nin öz xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021 )-2363 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönşldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə iddiasına dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddia tələbindən imtinası qəbul edilmiş və bu əsasa görə iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Bərdə Rayon Məhkəməsinin (ləğv edilmiş) qətnaməsi icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmiş, hərrac keçirilmiş və Bank "xxxx" 35.508.72 manat ödəniş etməklə hərracı udmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ünvan 1-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Həmin qətnamədən bank tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən bank tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2465/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3395/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı və Bank "xxxx" ASCyə qarşı vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarış və X2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarış ləğv edilməsi, X2 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, X4 həmin mənzildən çıxarılması, mənzil boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1383/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehlər X4 və Bank "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi X2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, X2 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, X2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, İddiaçı təhvil verilməsi və cavabdehlərdən 100 (yüz manat) manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, apellyasiya şikaytələri qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 490.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 8894 saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 326 manat ödənilmişdir. Məhkəmə tərəfindən adıçəkilən daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi üçün mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 02-99/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mənzilin yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən təqdim edilmiş sənədlərə uyğun olaraq təqdim edilən sənədlərə və foto təsvirlərə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 114.80 kv.m olan üç otaqlı 16 saylı mənzilin 2025-ci ilin mart ayına bazar dəyəri 145.000 manat təşkil edir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 300 manat məbləğində xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ilə İddiaçı 40193,54 manat əsas, 419,88 manat faiz borcu olmaqla, cəmi 40.613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilərək hərrac yolu ilə satılması, borcun əmlakın dəyərindən tutulması, mənzilin ilkin satış qiymətinin 55700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində iddiaçının və orada yaşayan digər şəxslərin çıxarılmaları qət edilmişdir. Həmin qətnamə 01 dekabr 2015-ci il tarixdə icraya yönəldilmiş, Abşeron rayon İcra şöbəsi (bundan sonra – İcra şöbəsi) tərəfindən 22 dekabr 2015-ci il tarixli qərarla icra üzrə icraata başlanılmış və ipoteka predmeti olan əmlakın satılması 25 dekabr 2015-ci il tarixli məktubla "xxxx" MMC-yə sifariş olunmuşdur. Hərrac Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixə təyin edilmiş ilk və xx.xx.2016-cı il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadağından baş tutmamış hesab edilərək, 19 iyul 2016-cı il tarixli məktubla icra işi İcra şöbəsinə qaytarılmışdır. "xxxx" ASC-nin lisenziyası xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və onun tərəfindən "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə xidmətlər Fond tərəfindən əvvəlcə "xxxx" ASC-yə, sonradan isə Bank "xxxx" ASC-yə verilmişdir. Bank "xxxx" ASC xx.xx.2018-ci il tarixdə ərizə ilə İcra şöbəsinə müraciət edərək, "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin ləğvetmə prosesində keçirilmiş hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini bildirməklə, həmin əmlak barəsində təkrar hərrac keçirilməsini xahiş etmişdir. İcra şöbəsi tərəfindən 12 avqust 2020-ci il tarixli məktubla ilkin satış qiyməti 55700 manat müəyyən edilməklə mübahisəli mənzillə bağlı hərracın keçirilməsi “X1 Mərkəzi” MMC-yə sifariş olunmuşdur. Hərrac təşkilatı tərəfindən xx.xx.2020-cı il tarixə təyin edilmiş ilk və xx.xx.2020- cı il tarixə təyin edilmiş təkrar hərrac baş tutmamış hesab edilərək, ipoteka predmeti təkrar hərracakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 33508,75 manat olmaqla Banka təklif olunmuşdur. Hərrac təşkilatının YP 011 nömrəli, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən mənzil həmin qiymətlə Bank tərəfindən əldə edilmiş və xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində bankın adına dövlət qeydiyyatından keçmişdir. Qeyd olunan icra tədbirlərinin həyata keçirildiyi Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi isə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-1588/2016 saylı qətnaməsi ilə ləğv edilmiş və "xxxx" ASCnin iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ünvan 1-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1383/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi evdə yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021 -ci il tarixli ********** saylı reyestrdən çıxarış ləğv edilmişdir. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzil hazırda X2 mülkiyyətindədir. Məhkəm belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi isə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 1588/2016 saylı qətnaməsi ilə ləğv edilməsinə və "xxxx" ASC-nin iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməsinə baxmayaraq, iş üzrə icra sənədi verilmiş və iddiaçıya məxsus olmuş əmlak hərraca çıxarılmışdır. Belə ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması; 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə bir daha qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə aktlarından aydın olur ki, iddiaçı qanuna zidd şəkildə öz əmlakından məhrum edilmiş, cavabdeh isə həmin əmlak hesabına varlanmışdır. Həmin əmlak hazırda üçüncü şəxsin mülkiyyətində olduğundan iddiaçı dəymiş ziyan olaraq mənzilin dəyərini tələb edir. Məhkəmə tərəfindən adıçəkilən daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi üçün mütəxəssis rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 02-99/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mənzilin yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən təqdim edilmiş sənədlərə uyğun olaraq təqdim edilən sənədlərə və foto təsvirlərə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 114.80 kv.m olan üç otaqlı 16 saylı mənzilin 2025-ci ilin mart ayına bazar dəyəri 145.000 manat təşkil edir. Odur ki, iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 145.000 manat pul məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən məhkəmə iclasında bildirdiyi eyni tərəflər arasında vurulmuş ziyanın ödənilməsi barədə tələbin rədd edilməsi barədə qətnamə olduğundan hazırkı iş üzrə icraata xitam verilməsi barədə dəlilinə münasibətdı qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 115/2025 saylı qətnaməsi iddiaçı tərəfindən artıq ödənilmiş kredit borcunun ona qaytarılması ilə bağlı olmuşdur və iddia müddətinin tətbiqi barədə ərizə olduğunun iddia müddəti tətbiq edilərək, iddia tələbi rədd edilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki işdən görünür ki, iddiaçı 490.26 manat məbləğində dövlət rüsumunu ödəmiş, 300 manat məbləğində mütəxəssis rəyinin verilməsi əlaqədar olan xidmət haqqını ödəmişdir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş 326 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 326 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Odur ki, ödənilmiş 490 manat məbləğində dövlət rüsumunun, 300 manat məbləğində mütəxəssis rəyinin verilməsi əlaqədar olan xidmət haqqının əvəzi, həmçinin hüquqi yardıma görə ödənilmiş 326 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Bank "xxxx" ASC-dən 145.000 (yüz qırx beş min) manat məbləğində pul vəsaiti, 490 (dörd yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 (üç yüz) manat məbləğində mütəxəssis rəyinin verilməsi əlaqədar olan xidmət haqqının əvəzi, hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat, ümumilikdə 146.116 (yüz qırx altı min yüz on altı) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3360/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3360/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver