Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-337/2024 11.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan və ona məxsus “Toyota Prius” minik markalı, **-EL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməsi üçün etibarnamə ilə Cavabdeh vermişdir. Cavabdeh sözü gedən nəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə olunmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu-Zabrat- Kürdaxanı yolu, Oxaaay çay evinin qarşısı Zabrat ist. ərazisində sözügedən avtomobili 61km/saat sürətlə idarə edərək sürət həddini aşdığı üçün EQ15059781 saylı protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələblərinə əsasən “yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" 10 manat məbləğində, xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti Ask Arena yaxınlığı X2 Limanı ist. əsas yol ərazisində sözügedən avtomobili 82 km/saat sürətlə idarə edərək sürət həddini aşdığı üçün EQ15058792 saylı protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələblərinə əsasən “yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə” 10 manat məbləğində; xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Kənar Dairəvi 4 ərazisində İXP5478193 saylı protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələblərinə əsasən “mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə” 50 manat məbləğində; xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ərazisində EQ15092178 saylı protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinə əsasən “dayanma və durma qaydalarını pozmaya görə” 20 manat məbləğində; xx.xx.2023-cü il tarixdə Bakı şəhəri. Qara Qarayev-Ş.Mirzəyev küçəsi kəsişməsi (Nizami polis idarəsinin yanı) ərazisində nişanlarının tələblərinə düzgün riayət etmədiyinə görə EQ15133721 saylı protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən “yol nişanlarının tələblərinə riayət edilməməsinə görə” 40 manat məbləğində, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ərazisində sərxoş vəzziyyətdə nəqliyyat vasitəsinin idarə olunmasına görə” İXP5500703 saylı protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən “nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə” 400 manat məbləğində cərimə olunmuşdur. Baş vermiş hadisələrlə əlaqədar inzibati protokollar tərtib olunmuş, cavabdeh iddiaçıya məxsus olan, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, ** EL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili istifadə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının tələblərini pozduğundan ümumilikdə 530 manat məbləğində cərimə olunmuşdur. Həmin məbləğ hazırda ödənilmədiyindən dəbbə pulu hesablanmağa davam edir. Dəfələrlə Cavabdeh ödəməli olduğu ziyanı bildirsə də, ödəməmiş, öz üzərinə düşən öhdəlikləri icra etməkdən imtina edərək yayınmışdır. Cavabdeh öz üzərinə düşdüyü öhdəlikləri icra etmədiyindən Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nə ərizə ilə müraciət olunmuşdur, polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. İzahatda cavabdeh ödənişi hissə-hissə ödəyəcəyini bildirsə də, bu günədək sözü gedən ödənişi etməmişdir. Cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməkdən yayınaraq ödənişləri həyata keçirməməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı sözügedən avtomobillə bağlı hüquqlarını da realizə edə bilməmişdir. Cavabdehin törətdiyi inzibati xətalar nəticəsində mülkiyyətçi kimi konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən yol verilmiş pozuntu nəticəsində ona mənəvi zərər dəymiş, şəxsin törətdiyi əməl nəticəsində psixoloji sarsıntı keçirmiş, beləliklə, yalnızda maddi zərər deyil, mənəvi zərərə də məruz qalmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində əlavə xərc çəkməli olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəmə üçün 30 manat məbləğində dövlət rüsumu, iddia ərizəsinin tərtibi üçün 50 manat məbləğində xərc çəkilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş xidmət haqqı da Cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən yol verilmiş inzibati xətalar nəticəsində ona məxsus “Toyota Prius” minik markalı, ** EL *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə hesablanmış cərimələrin əvəzi olaraq 530 manat məbləğində nağd pulun və məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ödənilməmiş cərimələrə görə hesablanmış dəbbə pulunun hesablanaraq ona ödənilməsinə, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində nağd pulun, iddia ərizəsinin tərtibatı üçün iddiaçı tərəfindən ödənilən 50 manat məbləğində pul vəsaitinin, eyni zamanda 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavavbdeh Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, ş materiallarında olan 08 iyun 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, JTDKB20U763191246 ban nömrəli avtomobili idarə etmək üçün 5 ay 16 gün müddətinə Cavabdeh vermişdir. İş materiallarında olan çıxarışlardan görünür ki, Cavabdeh 22 iyun 2023-cü il tarixdə İXP5500703 saylı protokol üzrə 400 manat, 17 iyun 2023-cü il tarixdə EQ5500703 saylı protokol üzrə 40 manat, 15 iyun 2023-cü il tarixdə EQ15092178 saylı protokol üzrə 20 manat, 13 iyun 2023-cü il tarixdə EQ15059781 saylı protokol üzrə 10 manat, 13 iyun 2023-cü il tarixdə EQ15058792 saylı protokol üzrə 10 manat və 12 iyun 2023-cü il tarixdə İXP5478193 saylı protokol üzrə 50 manat cərimə olunmuşdur. İş materiallarında olan DİN-nin DYP Web Portalından olan çıxarışlardan görünür ki, TP5829507 nömrəli qərar üzrə Cavabdeh 400 manat cərimə, 192 manat dəbbə borcu hesablanmış 30 sentyabr 2023-cü il tarixdə 416973******0289 kart hesabından cərimə üçün 593 manat ödəniş edilmişdir. İş materiallarında olan DİN-nin DYP Web Portalından olan çıxarışlardan görünür ki, 13 iyun 2023-cü il tarixdə Cavabdeh 10 manat cərimə, 2,80 manat dəbbə borcu hesablanmış 30 avqust 2023-cü il tarixdə 416973******0289 kart hesabından cərimə üçün 13,80 manat ödəniş edilmişdir. İş materiallarında olan DİN-nin DYP Web Portalından olan çıxarışlardan görünür ki, 12 iyun 2023-cü il tarixdə Cavabdeh 50 manat cərimə, 15 manat dəbbə borcu hesablanmış 30 avqust 2023-cü il tarixdə 416973******0289 kart hesabından cərimə üçün 66 manat ödəniş edilmişdir. İş materiallarında olan DİN-nin DYP Web Portalından olan çıxarışlardan görünür ki, 12 iyun 2023-cü il tarixdə Cavabdeh 40 manat cərimə, 11,60 manat dəbbə borcu hesablanmış 04 sentyabr 2023-cü il tarixdə 416973******0289 kart hesabından cərimə üçün 52,60 manat ödəniş edilmişdir. İş materiallarında olan DİN-nin DYP Web Portalından olan çıxarışlardan görünür ki, 13 iyun 2023-cü il tarixdə Cavabdeh 10 manat cərimə, 2,80 manat dəbbə borcu hesablanmış 30 avqust 2023-cü il tarixdə 416973******0289 kart hesabından cərimə üçün 13,80 manat ödəniş edilmişdir. İş materiallarında olan DİN-nin DYP Web Portalından olan çıxarışlardan görünür ki, 13 iyun 2023-cü il tarixdə Cavabdeh 20 manat cərimə, 5,80 manat dəbbə borcu hesablanmış 30 avqust 2023-cü il tarixdə 416973******0289 kart hesabından cərimə üçün 25,80 manat ödəniş edilmişdir. İş materiallarında olan BPMASAN**********73 nömrəli mədaxil qəbzindən görünür ki, 16 avqust 2023-cü il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı Vəkil bürosuna iddia ərizəsi üçün 50 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 06 dekabr 2023cü il tarixli ərizədən görünür ki, o, iddia tələbini qəbul edir, iddianın təmin edilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, JTDKB20U763191246 ban nömrəli avtomobili etibarnamə əsasında idarə etmək üçün 5 ay 16 gün müddətinə Cavabdeh vermişdir. Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə Cavabdeh ümumilikdə 530 manat cərimə, 230 manat dəbbə pulu hesablanmışdır. Həmin cərimə və dəbbə pulu iddiaçı tərəfindən ödənilmiş və iddia tələbi cavabdeh tərəfindən etiraf edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsindən istifadəyə görə cavabdehə hesablanmış 530 manat cərimə, 230 manat dəbbə pulunun iddiaçı tərəfindən ödənilməsi sübutlarla təsdiq edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 530 manat cərimələrə görə, 230 manat dəbbə puluna görə, cəmi 760 manat, həmçinin iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan və əsaslı olduğu üçün iddia tələbi cavabdehdən mənəvi zərərin tutulması hissəsində də əsaslı olduğundan təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 300 manat mənəvi zərərə görə pul vəsaiti tutulmalıdır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 760 manat, mənəvi zərərə görə 300 manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 1110 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-337/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-337/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver