Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3376/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı – Cavabdeh əsas borc üzrə 1.862,82 (min səkkiz yüz altmış iki manat səksən iki qəpik) manat, faiz borcu üzrə 35,03 (otuz beş manat, üç qəpik) manat olmaqla cəmi 1.897,85 (min səkkiz yüz doxsan yeddi manat, səksən beş qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 38,98 (otuz səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FK-372 saylı, 28 sentyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh ilə İddiaçı QSC arasında 18 oktyabr 2021-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə 2.030 (iki min otuz) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarımbəndinə əsasən qalıq 2.030 (iki min otuz) manat əsas borcun və ona hesablanmış faizlərin qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan əsas borc üzrə 1.862,82 (bir min səkkiz yüz altmış iki manat, səksən iki qəpik) manat, faiz borcu üzrə 35,03 (otuz beş manat, üç qəpik) manat olmaqla cəmi 1.897,85 (min səkkiz yüz doxsan yeddi manat, səksən beş qəpik) manat təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda iddiaçıya ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış saylı müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər borclunun “X1” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “27” mart 2014-cü il tarixli 143 saylı kredit müqaviləsinə əsasən aldığı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 2.180,72 (iki min bir yüz səksən manat, yetmiş iki qəpik) manat əsas, 208,24 manat faiz, cəmi 2.388,96 manat borcun olmasını təsdiq edirlər. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən kreditor borclunun kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2.030 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 3 il müddətinədək üzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl borcluya hesablanmış və ödənilməmiş 208,24 manat faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir, borclu isə müvafiq qaydada borca görə təinat təqdim etməklə 2.030 manat əsas borcunu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən restrukturizasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2%-lə faiz hesablanır. 1 saylı güzəştli kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə görə xx.xx.2021-xx.xx.2024-cü il tarixlərində cəmi 2.061,45 manat kredit ödənişinin ödənilməsi razılaşdırılmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə BOKT İddiaçı QSC-nə 1.862,82 manat əsas, 35,03 manat faiz borcu olmaqla, cəmi 1.897,85 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan BOKT İddiaçı QSC tərərfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, bank borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan 1.862,82 manat əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan 35,03 manat məbləğində faiz borcu məbləğini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 38,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş cavabdehdən 38,98 manat məbləğində rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 1.862,82 (bir min səkkiz yüz altmış iki manat səksən iki qəpik) manat məbləğində əsas borc, 35,03 (otuz beş manat üç qəpik) faiz borcu olmaqla, cəmi 1.897,85 (bir min səkkiz doxsan yeddi manat səksən beş) borc məbləği və 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı BOKT İddiaçı QSC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3376/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3376/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver