Məhkəmə qərarları › İş №2(011)-3384/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3384/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3384/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, himayə və aliment” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X15 və 22.06.20 12-ci il təvəllüdlü X1 üçün Cavabdeh alınması müəyyən edilmiş hər bir uşağa görə aylıq sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat alimentin artırılaraq, hər bir uşağa görə 235 manat olmaqla, ondan cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaç İddiaçı izahatında bildirdi ki, Cavabdehla 2008-ci ildə el adəti ilə evlənmişdik və nikahımız 25 oktyabr 2008-ci il tarixdə, Xətai rayon Qeydiyyat şöbəsində 1517 nömrə ilə qeydə alınmışdır. Birgə nikahımızdan xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X16 adlı iki uşağımız olmuşdur. Nikahımız Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 13 iyul 2021-ci il tarixdə 386656 nömrəli nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. Nikahımız pozularkən azyaşlı uşaqlarımız məndə saxlanılmış və cavabdehdən hər ay, bir bi uşağa görə aylıq 50 manat olmaqa, ümumilikdə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hazırda qanunvericilikdə uşağın saxlanması xərci Prezidentin 26 dekabr 2023 il tarixli fərmanı ilə artırılaraq 235 manat müəyyən edilmişdir. Uşaq böyüdükcə onun saxlanılması xərcləri də artır. Uşağa görə məhkəmənin müəyyən etdiyi məbləğdən əlavə aliment ödənilməsini cavabdehə təklif etsəm də, cavabdeh bundan imtina etmişdir. Uşağın təminatını ödəməkdə çətinlik çəkirəm, cavabdehin ödədiyi aliment isə uşağın saxlanılması üçün yetərli deyildir. Ona görə də aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək qərarına gəldim. Bir daha qeyd etmək istəyirəm ki, uşaq böyümüş və onun saxlanılması xərcləri artmışdır, özüm isə cəmi 420 manat maaşa xadimə işləmirəm, faktiki yaxın qohumlarımın yardımı ilə dolanıram. Cavabdehin faktiki aylıq qazancı özünün dolanışığından əlavə, tələb olunan miqdarda alimentin ödənilməsinə kifayət edir. Uşağın saxlanılması xərci qanunvericiliklə 235 manat müəyyən edildiyi nəzərə alınaraq, məhkəmə tərəfindən əvvəl müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə dair yazılı ərizə təqdim edərək və həmin ərizəyə uyğun izahatında bildirdi ki, onlar arasında bağlanmış nikah pozulmuşdur, birgə nikahdan Aqşin və Sirac adlı iki uşaqları olmuşdur, uşaqlar analarının yanında saxlanılmışdır. Əvvəlki qətnamə ilə hər ay 100 manat aliment təyin edilmişdir, hazırda işsizdir, həmçinin ikinci dəfə aliə qurmuşdur və həmin nikahdan da körpə uşağı var, buna görə də yüksək məbləğdə aliment ödəmək imkanı yoxdur, ancaq hər uşağa görə hər ay 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment ödəməyə gücü çatır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınması məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2952/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Kərimova (Rəfiyeva) Gülüstan Piraydın qızı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2008-ci il tarixdə bağlanmış 1517 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 15 dekabr 2009-cu il təvəllüdlü X15 və 22 iyun 2012-ci il təvəllüdlü X3 və tərbiyə edilmələri üçün anaları X5 yanında qalmaları, 15 dekabr 2009-cu il təvəllüdlü X11 və 22 iyun 2012-ci il təvəllüdlü X2 üçün 26 fevral 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat məbləğində aliment tutularaq, X6 ödənilməsi qət edilmişdir. Həmçinin qətnamədə olan iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş X11 valideynləri qrafasında atası Cavabdeh, anası X7 qeyd edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X10 valideynləri qrafasında atası Cavabdeh, anası X7 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 386656 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Rəfiyeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli MŞB/18/2024-00147 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki İddiaçı ilkin mediasiya prosesində iştirak etmiş, Cavabdeh iştirak etməmişdir, İddiaçı mediasiyaya dair 50 manat xərci və poçt xidmətlərinə görə 10 manat ödəmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 X4 Ekspertiza Baş İdarəsində xadimə kimi işləməklə əmək haqqı 428.0 manatdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi aşkarlanmamışdır. İş materiallarında olan AZ-İİ seriyalı 576573 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X17 adlı uşağı da var. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 15 dekabr 2009-cu il təvəllüdlü X15 və 22 iyun 2012-ci il təvəllüdlü X16 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, məhkəmə qətnaməsi ilə Cavabdeh 15 dekabr 2009-cu il təvəllüdlü X15 və 22 iyun 2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 50 mant olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir, iddiaçı işləməklə xadimə kimi əmək haqqı 428.0 manatdır, cavabdeh işsizdir, cavabdeh yeni nikaha daxil olmaqla həmin nikahdan himayəsində xx.xx.2023-cü il təvəllüdlü azyaşlı uşağı da var, cavabdeh alimentin artırılmasını qismən (cəmi 320 manat həcmində) qəbul edir. Bununla belə, alimentin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2952/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi əsasında 15 dekabr 2009-cu il təvəllüdlü X11 və 22 iyun 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin iddia tələbini qismən qəbul etməsini, həmçinin idddiaçının işləməsini, cavabdehin işləməməsini və himayəsində azyaşlı uşağının olmasını s. halları nəzərə alaraq, cavabdehdən hər uşaq üçün hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, alimentin artırılması müddətinə münasibətdə isə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15 dekabr 2009-cu il təvəllüdlü X15 və 22 iyun 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər uşaq üçün hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və alimentin məbləğinin illik ödəmə məcmusu (4200 manat) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 62 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2952/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 15 dekabr 2009-cu il təvəllüdlü X15 və 22 iyun 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 62 (altmış iki) manat qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar