Məhkəmə qərarları › İş №2(011)-3390/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3390/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3390/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2.693.14 manat əsas borc, 118.72 manat faiz borcu və 13.79 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.825.65 manat məbləğində borcun və 48.26 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər” müqaviləsinə əsasən “Yelo Bank" ASCdən illik 19.9 faizlə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-ci il martın 31-dək Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2.693.14 manat əsas borc, 118.72 manat faiz borcu və 27.58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.839.44 manat borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 27.58 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 13.79 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayanıq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1”-in məzmunundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razıdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1” Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5”-in məzmunundan görünür ki, istehlak məqsədi ilə illik 19.9 faizlə, 36 ay müddətinə 5.000 manat məbləğində kreditin verilməsi "xxxx" ASC ilə Cavabdeh arasında razılaşdırılmışdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd edilmiş Əlavə üzrə illik cərimə 180% həddində qeyd edilmişdir. Aylıq ödəniş hər ayın 6-sı 185,56 manat məbləğində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24-Y-3-0-742-21 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 2.693,14 manat əsas borc, 118,72 manat faiz borcu və 27,58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.839,44 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 24-Y-3-0-742-21 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərində hər ay 185,56 manat olmaqla, cəmi 6.680,31 manat kredit ödənişinin (5000 manat əsas məbləğ, 1.680,31 manat faiz məbləği) ödənilməsi razılaşdırılmışdır. Həmin Əlavə № 1 Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 2204-********** kodlu məxaric qəbzindən görünür ki, 5.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 24-Y-3-0-742-21 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri ödəmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddia tələbləri təmin edilməlidir. Məhkəmə hesab edir ki, 48,26 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” üzrə 24-Y-3-0- 742-21 saylı razılaşmaya əsasən 2.693,14 manat (iki min altı yüz doxsan üç manat on dörd qəpik) əsas borc, 118,72 manat (bir yüz on səkkiz manat yetmiş iki qəpik) faiz borcu və 13,79 manat (on üç manat yetmiş doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 2.825,65 manat (iki min səkkiz yüz iyirmi beş manat altmış beş qəpik) məbləğində borc məbləği və 48,26 (qırx səkkiz manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu məbləği Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar