Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3433/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 204 manat 30 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 334 manat 70 qəpik məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Q.Quliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xəttləri çəkir, lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar, bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır, DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qediyyatdadır, "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur, belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan X3 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cü il tarixdə 1,20 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə "xxxx" hüquq firmasının və K@TV1” kabel televiziyasının əməkdaşları RİTN nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş bu barədə 0582 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır, Həmin ünvana xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il (mənzil sakini aktı imza etməmişdir) və xx.xx.2015-ci il tarixlərdə keçirilən qrafıkdən kənar nəzarət baxışı zamanı yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 0586 L, 0186 N, 1825 N, 3807 N saylı aktlar tərtib edilmişdir, beləliklə də, qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir, eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir, yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi, sözügedən ünvanın şəbəkədən ayrıldığı xx.xx.2013-cü il tarixdən sonuncu təkrar qanunsuz qoşulma barədə 3807 N saylı aktın tərtib edildiyi xx.xx.2015-ci il tarixə qədər olan müddət 681 gün təşkil edir, bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə iddiaçıya vurulan ziyan 204,30 manat təşkil edir, bundan əlavə Ədalət-A hüquq firması iə bağlanan hüquqi xidmətlərə dair müqaviləyə əsasən keçiriliş baxışlara görə ona 100 manat ödənilmişdir. Sonda iddiaçının nümayəndəsi F.Q.Quliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi F.Q.Quliyev, xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 23 №-li Arayışdan görünür ki, Cavabdeh Xətai rayonu, Gəncə prospekti ev 45, 144 №-li evin sahibidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 0582 L saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, E.Tarverdiyev və S.Məmmədovun iştirakı ilə xx.xx.2013-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti ev 45, 144 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzilin qapısını açan olmamışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 0586 L saylı aktın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, E.Tarverdiyev və S.Məmmədovun iştirakı ilə xx.xx.2013-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti ev 45, 144 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzilin qapısını açan olmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 0186 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, E.Tarverdiyev və S.Məmmədovun iştirakı ilə xx.xx.2014-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti ev 45, 144 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzilin qapısını açan olmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 1825 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, E.Tarverdiyev və S.Məmmədovun iştirakı ilə xx.xx.2014-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti ev 45, 144 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzil sakini akta qol çəkməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 3807 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, E.Tarverdiyev və S.Məmmədovun iştirakı ilə xx.xx.2015-ci il tarixdə Xətai rayonu, Gəncə prospekti ev 45, 144 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və qapını açan olmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan X3 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012ci il tarixində bu ünvan KATV1 Kabel televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2013-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2013-cü il 1,20 AZN borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan 006İNT********** saylı xx.xx.2022-ci il tarixli Bankdaxili qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən “Adalat” LLC-nin hesabına hüquqi xidmət və nəzarət (Cavabdeh) təyinatı ilə 100 (bir yüz) manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-in MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xətai rayonu, ünvan 3 ünvanda KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə xx.xx.2012-ci il tarixdən başlanılmışdır, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə ünvanda kabel şəbəkəsinə baxış keçirilmiş, mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 0582 L, 0586 L, 0186 N, 1825 N, 3807 N saylı aktlar tərtib olunmuşdur, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə 204,30 manat maddi ziyan vurulmuşdur, iddiaçı tərəfindən hüquqi xidmət və nəzarət məqsədilə "xxxx" MMC-yə 100 manat pul ödənilmişdir. Bununla belə cavabdehin əməli nəticəsində iddiaçıya vurduğu ziyana görə mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Beləliklə məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 204,30 manat vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 334,70 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 204,30 manat vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və nəzarət üçün ödənilmiş 100 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, ümumilikdə 334 (üç yüz otuz dörd) manat 70 (yetmiş) qəpik məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3433/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3433/2022
22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver