Məhkəmə qərarları › İş №2(011)-346/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-346/2024

10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-346/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh oğluna qarşı – Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi zərərin 300 manat əvəzinin, hüquqi xidmətə görə 50 manat və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun, cəmi 380 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 15 avqust 2023-cü ildə idarə etdiyi “Hyundai Tucson” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Xətai rayonu, Babək prospekti üzrə yerləşən Babək Plazanın yaxınlığında avtomobil yolunda iddiaçının idarə etdiyi Opel Astra markalı,90 GY743 dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məsafəsini gözləmədən arxadan vurmuşdur. Xətai Rayon DYPŞ nin Polis kapitanı X1 tərəfindən tərtib edilmiş 15 avqust 2023-cü il tarixli ******* nömrəli protokol və həmin protokola əsasən qəbul edilmiş İnzibati xəta haqqında iş üzrə qərar ilə Cavabdeh AR İXM-nin 327.1 -ci və 469.1 -ci maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin arxa hissəsi bamper, fara, bir sıra detallar sıradan çıxmışdır. Dəymiş zərərin müəyyənləşdirilməsi üçün Bakı şəhərində fəaliyyət göstərən profoktoriyava müraciət etmişdirlər. Avtomobilə baxış keçirilməsi və dəymiş zərərin təxmini hesablama nəticəsində avtomobili əvvəlki vəziyyətinə gətirə bilmək üçün 300 manat xərc tələb olunduğu müəyyən edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, X9, X2 X11 X3 X7 X12 X8 X5 X6 X10 TP ******* nömrəli Qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində, saat 12:25-də Xətai, Babək prospekti ərazisində Cavabdeh tərəfindən Azərbyacan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.1 maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X9 və X2 təmın edilməsi X7 X12 X8 X5 bağlı tərib edilən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqinda protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXP-nin 327.1 və 469.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXP ******* nömrəli protokol tərtib edilib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6845/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/305-9/722 nömrəli ekspertiza rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Opel Astra markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin konkret olaraq hansı hissəslərinin zədələnməsini müəyyən etmək mümkün olmadı, iş materiallarına əlavə edilmiş Opel Astra markalı avtomobilin əziklərini əks etdirən foto şəkillərinə əsasən nəqliyyat vasitələrində daxili zədələr, yəni fotoşəkillərlə aşkar olunması mümkün olmayan zədələr ola bildiyindən yol-nəqliyyat hadisələri eksperti tərəfindən avtomobilin zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Həmçinin nəqliyyat vasitəsinin hansı hissələrinin təmir, hansı hissələrinin dəyişdirilməyə ehtiyac olunmasını müəyyən etmək üçün metodika olmadığından nəqliyyat vasitəsinin hansı hissələrinin təmir, hansı hissələrinin dəyişdirilməyə ehtiyac olunmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6845/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/305-9/722 nömrəli ekspertiza rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Opel Astra markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin konkret olaraq hansı hissəslərinin zədələnməsini müəyyən etmək mümkün olmadı, iş materiallarına əlavə edilmiş Opel Astra markalı avtomobilin əziklərini əks etdirən foto şəkillərinə əsasən nəqliyyat vasitələrində daxili zədələr, yəni fotoşəkillərlə aşkar olunması mümkün olmayan zədələr ola bildiyindən yol-nəqliyyat hadisələri eksperti tərəfindən avtomobilin zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Həmçinin nəqliyyat vasitəsinin hansı hissələrinin təmir, hansı hissələrinin dəyişdirilməyə ehtiyac olunmasını müəyyən etmək üçün metodika olmadığından nəqliyyat vasitəsinin hansı hissələrinin təmir, hansı hissələrinin dəyişdirilməyə ehtiyac olunmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən ziyanın vurulması halı iş materiallarına əlavə olunmuş foto şəkillər, inzibati xəta haqqında protokol və qərar ilə öz əksini tapır. Habelə məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız arxa hissəsinə tərəfindən zərər vurulmuşdur. Sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 150 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları tədqiqatlarının dəyəri ümumilikdə 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar