Məhkəmə qərarları › İş №2(011)-3506/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3506/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3506/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehin ondan əsassız olaraq tələb etdiyi 1416 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, hazırda Xətai rayon İcra şöbəsinin icraatında İddiaçı borclu, "xxxx" MMC-nin isə tələbkar olduğu 24870/2020-1-18 nömrəli icra işi vardır. Eyni zamanda Şuşa Rayon Məhkəməsinin 2(077)-273/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı ABC Telecom” MMC-nin cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixli K00128239 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1260 manat əsas borc, 126 manat cərimə borc olmaqla, cəmi 1286 manat borc və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Belə iddia ərizəsinin məzmumundan və məhkəmənin ilkin araşdırması zamanı müəyyən edilmişdir ki, silinməsini tələb etdiyi borc məbləği qətnamə ilə ondan tutulan pul məbləğidir. Belə olan halda iddiaçı borcun silinməsi ilə iddia ərizəsi ilə deyil, sözügedən qətnamədən apellyasiya şikayəti verməli və qətnaməni mübahisələndirməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehin ondan əsassız olaraq tələb etdiyi 1416 manat məbləğində pulun silinməsinə dair iddia ərizəsindən, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçı Azərbaycan İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdə imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-3506/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 05 mart 2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçılar İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:45-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 13:00-da qurtardı. Protokol 05 mart 2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar