Məhkəmə qərarları › İş №2(011)-351/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-351/2025

19.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-351/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qənbər qızına qarşı “maneənin aradan qaldırılması” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2996357İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənə məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında tərəfimdən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına və gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında tərəfimdən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı yaradılacaq maneələrin qadağan olunmasına;2. Tərəfimdən mənə məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına navalçanın quraşdırılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq qadağan olunmasına; evi Mənə məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış arasında mənim vəsaitlərim hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edəsiniz. İddiaçı xx.xx.2024-cü il tarixdə dəqiqləşmə ərizəsi təqdim edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında onun tərəfindən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına və gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında tərəfimdən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı yaradılacaq maneələrin qadağan olunmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına navalçanın quraşdırılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq qadağan olunmasına; iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş navalçanın cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında iddiaçının vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) və navalçanın cavabdehlərin hesabına yenidən tikilməsi və əvvəlki vəziyyətə qaytarılması mümkün olmadıqda iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Belə ki, o həmin fərdi yaşayış evində ailə üzvlərim ilə birlikdə yaşayır, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus fərdi yaşayış evinin qonşuluğunda yerləşən ünvan 1 ünvanında yaşayırlar, ona məxsus sözügedən fərdi yaşayış evi və cavabdehlərə məxsus həmin fərdi yaşayış evi konstruktiv cəhətdən bir divarla (hasar) ayrılır. Belə ki, həmin divar (hasar) məhz onun vəsaitləri hesabına tikilmişdir. Fəqət cavabdehlər qanunsuz və əsassız olaraq həmin divarın bir hissəsini sökmüş, hətta yerinə məişət əşyası (vedrə) qoymuşlar. Bundan başqa, cavabdehlər onun mülkiyyətində olan əmlaklardan istifadə etməyinə maneə yaradır, tez-tez mübahisə yaradaraq onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr İşlədir, ona qarşı əsassız təhqirlər yağdırırlar. O və ailə üzvləri belə bir şəraitdə, təhqir və təzyiqlərə məruz qalacağı mühitdən narahat olur, yaşaya bilmir. Belə ki, onun ailə üzvləri xüsusi mülkiyyətindən olan əmlakdan istifadə edə bilmir. Yaranmış cari mübahisə zəminində cavabdehlər onun şəxsiyyətini, ləyaqətini nalayiq formada alçaldan, əxlaq anlayışı ilə bir araya sığmayan ifadələri işlətməkdən çəkinməmiş, onu və ailə üzvlərini cəmiyyət arasında nüfuzdan, hörmətdən salmağa çalışmış, təhqir etmiş və böhtan atmışlar. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət edilsə də, cavabdehlər bu qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavabdehlərin bu hüquqazidd hərəkətinə görə xx.xx.2024-cü il tarixində aralarında mübahisə yaranmışdır. Belə olan təqdirdə o yaranmış cari mübahisələrin həll edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində rəsmi qaydada ərizə ilə sahə müvəkkilinə müraciət etmiş, ancaq bunun bir nəticəsi olmamış, pozulmuş hüquqların bərpası istiqamətində hər hansı bir addım atılmamışdır, cavabdehlər birmənalı olaraq onun mülkiyyət hüquqlarını pozmuşlar. Halbuki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Həmçinin, Azərbaycan Respubiikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Lakin cavabdehlər onun Konstitusion hüquqlarımı pozaraq ona öz evində dinc yaşamağa imkan vermir, ona öz evindən istifadə etməyə maneələr yaradır. Sözügedən fərdi yaşayış evləri arasında divarın (hasarın) olmaması onun və ailə üzvlərimin əsaslı narahatlıq, stress və gərginlik keçirməyinə səbəb olur, eyni zamanda, başqa şəxslərin ona məxsus fərdi yaşayış evinə daxil olmasına şərait yaradır. Bundan savayı, o, özünə məxsus torpaq sahəsi üzərində təsərrüfat fəaliyyəti ilə məşğul olur, yəni müxtəlif meyvə ağacları (nar, alça, əncir) əkir, onlara qulluq edir. Fəqət cavabdehlər əsassız olaraq onun qanuni fəaliyyətimə əngəl olur, ona suvarma işləri aparmağa əsassız maneələr yaradır, mübahisələrin yaranmasına səbəb olur. Bunu onunla əsaslandırırlar ki, guya onun ağacları suvarmağı nəticəsində onların mülkiyyətinə ziyan vurur, guya əlavə olaraq tikilmiş, qanunsuz yeraltında inşa edilmiş tikilisinə ziyan vuraraq orada rütubətin yaranmasına səbəb olur. Bundan başqa, ona məxsus fərdi yaşayış evinin çardağında yağış və qar suyunun axması üçün navalçanın quraşdırılması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələrlə qarşılaşmış, əmlakından istifadə edə bilməmişdir. Navalça onun tərəfindən öncədən quraşdırılsa da, sonradan cavabdehlər tərəfindən əsassız olaraq sökülmüşdür. Onların cavabdehin hesabına bərpa edilməsini və ona vurulmuş zərərin ödənilməsini tələb edir. Odur ki, belə olan təqdirdə bütün yuxarıda göstərilənləri əsas götürərək, qanunun tələblərini rəhbər tutaraq, pozulmuş hüquqlarının hüquqi sferada bərpa olunması məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 2 saylı Zeytun sovxozu, ev 176 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2996357İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda yerləşən 176B nömrəli mənzilin həyəti ilə baxış keçirilən mənzillər arasındakı daş divarda iki daş hündürlüyündə boşluq var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2996357İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 2 saylı Zeytun sovxozu, ev 176 ünvanında yerləşən fərdi yaşayış evi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2996357İddiaçı məxsus olmaqla ünvan 2 ünvanında yerləşən evin qonşuluğunda yerləşir, fərdi yaşayış evləri arasında hasar mövcuddur və hasarda iki daş hündürlüyündə boşluq var, iddiaçı cavabdehlər tərəfindən onun bağ sahəsindəki ağacların suvarılmasına maneələr yaradıldığını, həmçinin cavabdehlərin navalçanı və hasarı sökdüyünü bildirir, maneələrin aradan qaldırılmasını və sökülmüş navalça və hasarın cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus əmlakdan istifadə etməsində hər hansı maneələr yaratması, həmçinin onların navalçanı və hasarı sökməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddaçı, əvvəla, cavabdehlər tərəfindən onun öz mülkiyyətində olan əmlakından (torpaq sahəsi və onun üzərində olan ağaclardan) istifadə edilməsinə, o cümlədən orada hər hansı təmir-tikinti işlərinə maneələr yaradılmasına, ikincisi, iddiaçının qeyd etdiyi navalça və hasarın cavabdehlər tərəfindən sökülməsi və ya dağıdılması hallarına dair sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı, buna dair sübutları təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Həmin Məcəllənin 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qənbər qızına qarşı “ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında onun tərəfindən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına və gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında tərəfimdən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı yaradılacaq maneələrin qadağan olunmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına navalçanın quraşdırılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq qadağan olunmasına; iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş navalçanın cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında iddiaçının vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) və navalçanın cavabdehlərin hesabına yenidən tikilməsi və əvvəlki vəziyyətə qaytarılması mümkün olmadıqda iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2996357İddiaçı “ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında onun tərəfindən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına və gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 176 ünvanında tərəfimdən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı yaradılacaq maneələrin qadağan olunmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına navalçanın quraşdırılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq qadağan olunmasına; iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş navalçanın cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında iddiaçının vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) və navalçanın cavabdehlərin hesabına yenidən tikilməsi və əvvəlki vəziyyətə qaytarılması mümkün olmadıqda iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar