Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3547/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləvğedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləvğedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxx 2015-ci il tarixli, 2001 saylı kredit müqaviləsi üzrə 2.478,54 ABŞ dolları əsas borc, 1.558,61 ABŞ dolları faiz borcu, 1.947,35 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 355,64 ABŞ dolları, cəmi 6.340,14 ABŞ dolları kredit borcunun tutulması; cavabdehdən xx xxxxx 2015-ci il tarixli, 2000 saylı kredit müqaviləsi üzrə 1.530,98 ABŞ dolları əsas, 963,58 ABŞ dolları faiz, 1.202,96 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 219,66 ABŞ dolları məbləğində faiz borcu, cəmi 3.917,18 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Lexus RX300” markalı, qara rəngli, buraxılış ili 2001-ci il olan, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 2000 saylı kredit müqaviləsi bağlanmışdır.Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Lexus RX300” markalı, qara rəngli, buraxılış ili 2001-ci il olan, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx xxxxx 2015-ci il tarixli, 2000 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh ilə “xxxxxxxxx” ASC arasında xx xxxxx 2015-ci il tarixli 2001 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərti ilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Ona xəbərdarlıq olunsa da, cavabdeh bu günədək borcu qaytarmamışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 2000 saylı kredit müqaviləsi bağlanmışdır.Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Lexus RX300” markalı, qara rəngli, buraxılış ili 2001-ci il olan, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx xxxxx 2015-ci il tarixli, 2000 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh ilə “xxxxxxxxx” ASC arasında xx xxxxx 2015-ci il tarixli 2001 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərti ilə 4.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Öhdəliyin icrası ilə bağlı bank tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 355,64 ABŞ dolları və 219,66 ABŞ dolları məbləğində faiz borclarının tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra xx xxxxx 2015-ci il tarixdən xx xxxxx 2017-ci il tarixədək illik 5% olmaqla hesablanmış 355,64 ABŞ dolları və 219,66 ABŞ dolları tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, məhz kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə bank bu məbləği tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən xx xxxxx 2015-ci il tarixli 2001 saylı kredit müqaviləsi üzrə hesablanmış 1.947,35 ABŞ dolları məbləğində cərimənin 190 ABŞ dolları məbləğində müəyyən edilməsini, xx xxxxx 2015-ci il tarixli 2000 saylı kredit müqaviləsi üzrə hesablanmış 1.202,96 ABŞ dolları məbləğində cərimənin isə 120 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin “xxxxxxxxx” ASC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə idddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləlikləməhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxxx 2015-ci il tarixli, 2001 saylı kredit müqaviləsi üzrə 2.478,54 ABŞ dolları əsas borc, 1.558,61 ABŞ dolları faiz borcu 190 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 355,64 ABŞ dolları, cəmi 4.582,79 ABŞ dolları kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ödənilməli; Cavabdeh xx xxxxx 2015-ci il tarixli, 2000 saylı kredit müqaviləsi üzrə 1.530,98 ABŞ dolları əsas, 963,58 ABŞ dolları faiz, 120 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 219,66 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2.834,22 ABŞ dolları məbləğində kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə ödənilməli, tutma ipoteka predmeti “Lexus RX300” markalı, qara rəngli, buraxılış ili 2001ci il olan, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2015-ci il tarixli, 2001 saylı kredit müqaviləsi üzrə 2.478,54 (iki min dörd yüz yetmiş səkkiz dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas borc, 1.558,61 (bir min beş yüz əlli səkkiz dollar altmış bir sent) ABŞ dolları məbləğində faiz borcu, 190 ABŞ dolları cərimə borcu, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 355,64 (üç yüz əlli beş dollar altmış dörd sent) ABŞ dolları faiz olmaqla, cəmi 4.582,79 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə tutularaq iddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh xx xxxxx 2015-ci il tarixli, 2000 saylı kredit müqaviləsi üzrə 1.530,98 (bir min beş yüz otuz dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 963,58 (doqquz yüz altmış üç dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 120 ABŞ dolları cərimə borcu, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 219,66 (iki yüz on doqquz dollar altmış altı sent) ABŞ dolları faiz olmaqla, cəmi 2.834,22 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh məxsus “Lexus RX300” markalı, qara rəngli, 2001-ci il buraxılışlı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3547/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3547/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver