Məhkəmə qərarları › İş №2(011)-3548/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3548/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3548/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X2, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 700 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin iyun ayında əvəllər tanıdığı Cavabdeh oğlı ehtiyacı olduğu iicün ona pul lazım olduğunu bildirmiş, onun xahişini rədd etməyərək, 1700 manat məbləğində borca pul vermişdir. Həmin məbləqdən 1000 manatı cavabdehin valideynləri hissə-hissə ona qaytarsalar da, qalan 700 manatı Cavabdeh ödəməkdən yayınır. Cavabdeh barəsində Xətai RPİ-nin 35-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayətinə cavab olaraq, ərizədə qeyd olunanların mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbinin azaldılmasına dair ərizə verərək, cavabdehdən 650 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməsinə dair ərizə verərək iddiaçıya 650 manat məbləğində borcunun olduğunu etiraf etdi və borcunu hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Xətai RPİ tərəfindən İddiaçı ünvanlanmış 10.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, Xətai RPİ-nin 35-ci PB-nə ünvanladığı müraciətlə bağlı PB-də araşdırılmış ərizədə qeyd olunan xüsusiyyətlər mülki xarakterli olduğundan, iddiaçıya məhkəməyə müraciət elməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X1 1700 manat məbləğində borc alması, həmin məbləğdən 650 manatını qaytarmaması iş materialları ilə təsdiq olunduğundan iddia təmin olunmalı və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar