Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3597/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 Xətaı rayon Məhkəməsinin 2(011)-6712/2020 saylı 09 dekabr 2020-ci il tarixli Qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 170 manat alimentin dəyişdirilərək, hər uşağa görə sabit pul məbləğində 193 manat aliment olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, icraatda olan 2(011)-3597 saylı mülki işi baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, işi ilə bağlı olaraq məhkəmə baxışında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barədə ərizə verdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmədiyindən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3597/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3597/2022
17.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver