Məhkəmə qərarları › İş №2(011)-3599/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3599/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3599/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 mart 2019-cu il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə üzrə 398.44 manat əsas borc, 65.40 manat faiz borcu, 12.99 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi 19 mart 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1.20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 398.44 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 mart 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 23 faizlə 36 ay müddətinə 400 manat məbləğində limiti olan kredit kartı götürmüş və ona ayrılmış kredit limitindən istifadə etmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 aprel 2022-ci ilədək cavabdehin banka 19 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 398.44 manat əsas borc, 65.40 manat faiz borcu, 12.99 manat cərimə borcu və illik 5 faizlə hesablanmış 1.20 manat əldən çıxmış fayda olmaqla, cəmi 478.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh 19 mart 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 23 faizlə 36 ay müddətinə 400 manat məbləğində limiti olan kredit kartı götürmüş və ona ayrılmış kredit limitindən istifadə etmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 aprel 2022-ci ilədək cavabdehin banka 19 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 398.44 manat əsas borc, 65.40 manat faiz borcu, 12.99 manat cərimə borcu və illik 5 faizlə hesablanmış 1.20 manat əldən çıxmış fayda olmaqla, cəmi 478.03 manat borcu vardır. Cavabdeh borc barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi əsasında cavabdehdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcuna aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin bitdiyi 19 mart 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1.20 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 398.44 manat əsas borc, 65.40 manat faiz borcu, 12.99 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi 19 mart 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1.20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 398.44 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 398.44 (üç yüz doxsan səkkiz manat qırx dörd qəpik) manat əsas borc, 65.40 (altmış beş manat qırx qəpik) manat faiz borcu, 12.99 (on iki manat doxsan doqquz qəpik) manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi 19 mart 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1.20 (bir manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 398.44 (üç yüz doxsan səkkiz manat qırx dörd qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar