Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-362/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin Cavabdeh, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçının mülkiyyətində olan “HONDA GL 1800” markalı 99 B 222 dövlət qeydiyyat nişanlı motosikl (bundan sonra - Motosikl) xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi və "xxxx" MMC-yə məxsus “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində zədələnmişdir. Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilməsi, Cavabdeh isə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır.
2. Cavabdeh Qaslm Qasımov “X2 Azerbaijan” MMC-də satış bölməsinin rəhbəri vəzifəsində işləyir. Onun idarə etdiyi “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil “Otokoç Azərbaycan“ MMC-nin (“Otokoç” Azərbaycan“ MMC "xxxx" MMC-nin hüquqi varisidir) mülkiyyətindədir və “Otokoç Azərbaycan“ MMC ilə "xxxx" MMC (hüquqi varisi X2 Azerbaijan” MMC-dir) arasında bağlanmış icarə müqaviləsinə əsasən Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil “X2 Azerbaijan” MMC-yə (əvvəlki adı: "xxxx" MMC) icarəyə verilmişdir.
3. “Otokoç Azərbaycan“ MMC cavabdeh "xxxx" ASC-də (bundan sonra – Sığorta şirkəti) həm icbari, həm də könüllü sığorta növü üzrə sığortalanmışdır. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta üzrə üçüncü şəxslərin əmlakına dəymiş zərərə görə 5000 manat, kasko sığorta üzrə isə 25000 manat dəyərində sığortalanmışdır.
4. xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar Sığorta şirkətində icbari sığorta üzrə iddiaçının Motosiklinə dəymiş zərərə görə icbari sığorta üzrə 2065 manat sığorta ödənişin ("xxxx" MMC-nin rəyinə əsasən) ödəməyi təklif etmiş, lakin iddiaçı bu ödənişdən imtina etmişdir.
5. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyinə əsasən Motosiklə 11106 manat məbləğində maddi ziyan dəymişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
6. İddia ərizəsinin dəlilləri:
7. İddiaçı ona məxsus “HONDA GL 1800” markalı 99 B 222 dövlət qeydiyyat nişanlı motosiklə vurduğu maddi ziyana görə 11041 manat pulun və 101 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vəkil xidməti üçün ödədiyi 501 manat pulun, 101 manat dövlət rüsumunun Cavabdeh, “HONDA GL 1800” markalı 99 B 222 dövlət qeydiyyat nişanlı motosiklin təmir-bərpa işlərinin aparılması üçün 11040 manat məbləğində pulun Sığorta şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:25 radələrində Xətai rayonu, 8 Noyabr prospekti ilə şəhər istiqamətində hərəkətdə olaraq yolun geriyə dönmək üçün nəzərdə tutulmuş hissəsində geriyə dönmək üçün sağında Nargilə dairəsi istiqamətində hərəkətdə olan avtomobilləri buraxdıqdan sonra və sol istiqamətdə dönərək yolun soldan 2-ci hərəkət zolağı ilə hərəkətə davam edərkən Cavabdeh idarə etdiyi “Volkswagen Passat” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomaşınla ona məxsus Motosiklin arxa sağ hissəsindən vuraraq Motosiklə maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 6-897/07 saylı qərarı ilə Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən qəzadan sonra Motosiklə baxış keçirərkən dəymiş ziyanın umumi məbləği 2065 manat müəyyən edilmişdir. O, həmin qiymətləndirmə rəyi ilə razı deyil və "xxxx" MMC tərəfindən verilmiş qüsür aktının əsasında Motosikl təmir etməklərini istədi, lakin onlar onlarda motosikl ustası olmdağından təmir etməkdən imtina etdilər. Onların verdiyi nöqsan aktı “Google obyektiv” saytından götürülmüş qiymətlərdir. "xxxx" MMC-nin verdiyi nöqsan aktınına əsasən Motosiklə dəymiş zərər 13 106 manat təşkil edir.
Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
10. Cavabdehlər etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdilər.
12. Cavabdeh ona aid hissədə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
13. Digər cavabdehin nümayəndəsi onlara aid hissədə iddianı qismən qəbul edərək bildirdi ki, Sığorta şirkətində icbari qaydada sığortalanmış “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus Motosiklə ziyan dəyməsi nəticəsində sığorta şirkəti tərəfindən qiymətləndirilmə keçirilmiş və Motosiklə 2065 manat ziyan dəydiyi müəyyən edilmişdir. Bu barədə iddiaçıya məlumat versələr də, o, sığorta ödənişini qəbul etməmişdir. İddiaçı razılaşmadığı halda mütəxəsis dəvət edə bilər. Lakin iddiaçı bu barədə də heç bir menasibət bildirməmişdir. Ona görə də, sığorta tərəfindən ona yalnız icbari sığorta üzrə 2065 manat ödənilə bilər. Kasko (könüllü) sığorta müqaviləsi üzrə faydalanan şəxs yalnız "xxxx" MMC-dir və həmin müqavilə üzrə ödənişi həmin Cəmiyyət tələb edə bilər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
15. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
16. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
18. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinintam sığortası üzrə sığorta qaydaları”
19. Maddə 37.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması riskindən sığorta təminatı verilir.
20. Maddə 37.2. Sığorta ödənişinin ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin bu Qaydaların 37.3-cü bəndi nəzərə alınmaqla yaranması faktı sığorta hadisəsi hesab edilir.
21. Maddə 37.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğinə bərabər və ya ondan az olması faktı bu Qaydaların məqsədləri üçün sığorta hadisəsi sayılmır.
22. Maddə 40.1.2. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
26. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
27. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
28. İddia tələbindən də görünür ki, iddiaçı Motosiklinə dəymiş zərərə görə sığorta ödənişini Sığorta şirkətindən, çəkdiyi xərclərin əvəzini isə Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki, sığorta ödənişi ilə bağlı tələbin əsaslı olub-olmaması üçün öncə sığorta hadisəsinin baş verməsi, bu hadisənin baş verməsində Cavabdeh təqsirli olması, habelə iddiaçının çəkdiyi xərclərə münasibətdə xərclərin Cavabdeh tutulmalı olması ilə bağlı hallara hüquqi qiymət verilməlidir.
29. Məhkəmə qeyd edir ki, sığorta ödənişinin verilməsinin ilkin şərti sığorta hadisəsinin baş verməsidir. “Sığorta fəaliyyəti haqqında” AR Qanunun 1.1.19 və 1.1.21-ci maddələrinə əsasən sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
30. İddiaçının Motosiklinə zərər dəyməsi ilə nəticələnən sığorta hadisəsinin baş verməsi və bu hadisənin baş verməsində Cavabdeh təqsirli olması iş materialları ilə təsdiq olunur. Cavabdeh sığorta hadisəsinin baş verməsində təqsirli olması iş üçün ona görə əhəmiyyətlidir ki, onun idarə etdiyi “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil “Otokoç Azərbaycan“ MMC-nin ("xxxx" MMC-nin hüquqi varisidir) mülkiyyətində olmuş, həmin avtomobil “Otokoç Azərbaycan“ MMC ilə Sığorta şirkəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsi üzrə - əmlaka dəyən zərərə görə - 5000 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış kasko sığortası müqaviləsinə görə 25000 manat dəyərində sığortalanmış və hadisə baş verən vaxt Cavabdeh tərəfindən idarə edilmişdir.
31. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə şəhər istiqamətində hərəkətdə olaraq yolun geriyə dönmək üçün nəzərdə tutulmuş hissəsində geriyə dönərək Nargilə dairəsi istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə saatda 20-30 km sürətlə hərəkətinə davam edərkən arxasında hərəkətdə olan iddiaçının idarə etdiyi Motosikllə toqquşaraq zərər vurmuşdur.
32. Yuxarıda da göstərildiyi kimi, “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil həm icbari, həm də könüllü sığorta növü üzrə sığorta olunmuşdur. Sığorta olunmuş avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsi isə, qanunvericiliyin müəyyən etdiyi əsaslara görə sığorta hadisəsi hesab edilir.
33. Həmçinin, sığorta hadisənin baş verməsində Cavabdeh təqsirli olması iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapır.
34. Beləliklə şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı sığorta ödənişini tələb etməkdə haqlıdır.
35. Cavabdeh Sığorta şirkəti sığorta ödənişini qismən qəbul edir və bunu onunla əsaslandırır ki, “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız icabri sığortası üzrə Motosiklə dəymiş zərər onlar tərəfindən müəyyən edilmiş sığorta ödənişi həddində, yəni 2065 manat məbləğində ödənilməlidir.
36. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. İş üzrə təyin edilmiş məhkəməəmtəşünaslıq ekspertizasının 9/519 saylı, xx.xx.2013-cü il tarixli rəyinə əsasən iddiaçıya məxsus Motosiklə 8821 manat ziyan dəymişdir.
37. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin mütəxəsis rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, həm ekspertiza rəyindən, həm də iddiaçı trəfəfindən təqdim edilmiş qüsur aktından görünür ki, Motosiklin zərər dəymiş bəzi ehtiyyat hissələri, onların dəyəri, yaxud təmir xərci "xxxx" MMC-nin mütəxəsis rəyində öz əksini tapmamışdır.
38. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
39. Yuxarıda sığortanın anlayışı barədə qeyd edilən müddəaların mənasından da aydın olur ki, sığorta - sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış obyektə (sığorta olunanın əmlakı, həyatı, mülki məsuliyyəti və s.) zərər dəydiyi halda sığorta olunanın zərər dəymiş şəxsə ödəyəyəcəyi maddi zərərlə bağlı risklərinin bölüşdürülməsidir. “Sığorta haqqında” AR Qanunun 2-ci maddəsinin 1 hissəsində də göstərilir ki, sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.
40. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinintam sığortası üzrə sığorta qaydaları”nın göstərilən müddəlarından görünür ki, sığorta ödənişi avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxslərin əmlakına dəyən zərərin əvəzi əmlakın hadisədən əvvəlki vəziyyətinə qaytarılmasına uyğun tələb olunan xərc nisbətində ödənilir
41. Beləliklə şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sığorta ödənişi ilə bağlı iddiası qismən, 8821 manat hissədə təmin edilməlidir.
42. Məhkəmə hesab edir ki, iddia Cavabdeh aid hissədə təmin edilməməlidir.
43. Mülki Məcəllənin 1099.1-ci maddəsində hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımasının əsasları nəzərdə tutulmuşdur. Nomanın mənasından da göründüyü kimi, işəgötürənin məsuliyyətinin yaranması üçün zərərin vurulması, zərər vuran şəxsin işçi (mülki və ya əmək müqaviləsi ilə işləyən şəxs) olması və işlərin işəgötürənin tapşırığı ilə, yaxud işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında yerinə yetirilməsi əsas şərtdir.
44. İşin mübahisəsiz halıdır ki, Sığorta hadisəsi zamanı idarə olunan “Volkswagen Passat” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil isə “X2 Azerbaijan” MMC-nin istifadəsində olmuş, Cavabdeh isə “X2 Azerbaijan” MMC-nin işçisi olmuşdur.
45. İddiaçının hüquqi xidmət üçün tələb etdiyi xərcin yaranması isə baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərlə birbaşa bağlı olduğu üçün məhkəmə hesab edir ki, həmin zərərin ödənilməsinə görə məsuliyyəti Cavabdeh işlədiyi hüquqi şəxs - “X2 Azerbaijan” MMC daşıyır. Qanunvericiliyin müəyyən etdiyi qaydaya görə bu halda işəgötürənin reqres qaydada öz işçisindən geriyə tələb hüququ vardır.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 8821 manat sığorta ödənişi "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı