Məhkəmə qərarları › İş №2(011)-3622/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3622/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3622/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli “nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1468 manat, cərimə üzrə 132 manat, cəmi 1600 manat və xx.xx.2022-ci il tarixli “nisyə alğı-satqı" müqaviləsinə əsasən əsas borc üzrə 1490,88 manat, cərimə üzrə 134,12 manat, cəmi 1625 manat; ümumilikdə 2 müqavilə üzrə 3.225 manat ödənilməmiş borcun və ödənilmiş 52,25 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Samsung Led UE55AU8000UXRU markalı televizorun və xx.xx.2022- ci il tarixdə Samsung SM-A736 black 256gb markalı telefonun nisyə alqısatqısına dair nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Həmin Müqavilələrə əsasən iddiaçı qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun olmaqla malların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir. Müqavilələrin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 1468 manat, cərimə üzrə 132 manat, cəmi 1600 manat; xx.xx.2022-ci il tarixli müqavilə dən əsas borc üzrə 1490,88 manat, cərimə üzrə 134,12 manat, cəmi 1625 manat, ümumilikdə 2 müqavilə üzrə 3225 manat borcu vardır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (VÖEN: **********) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ********* saylı nisyə alqı-alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”nın sifarişi əsasında malların (bundan sonra “Mal(lar)”) nisyə satışını həyata keçirir. Müqavilənin 1.2-ci maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış “Mal(lar)ın adı, rekvizitləri, miqdarı, qiyməti və s. “Satıcı”nın verdiyi sənədlərlə müəyyən olunur. Müqavilənin 1.3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”ya 1 ədəd “Samsung Led UE55AU8000UXRU” markalı televizoru satır. Həmin müqavilənin 2.1-ci maddəsinə görə “Samsung Led UE55AU8000UXRU” markalı televizorun dəyəri 2.109.72 manat təşkil edir. Meqavilənin 2.2-ci maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin 150 (yüz əlli) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə “Satıcı”ya ödənilir. 2.3 maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin qalıq məbləği Müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə “Satıcı”ya ödənilir. Müqavilənin 5.2-ci maddəsinə əsasən alıcı ödənişləri vaxtında ödəməzsə Satıcı bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. Müqavilə vaxtından əvvəl ləğv edildikdə Alıcı bu Müqavilə üzrə ödəməli olduğu bütün məbləği 3 (üç) iş günü ərzində Satıcıya ödəməlidir. Müqavilənin 6.2-ci maddəsinə əsasən "Alıcı" verilmiş malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək qanuna uyğun cərimələr ödənilməlidir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung Led UE55AU8000UXRU” markalı televizor xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən Cavabdeh təhvil verilmiş və imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 163.31 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (VÖEN: **********) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ********* saylı nisyə alqı-alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”nın sifarişi əsasında malların (bundan sonra “Mal(lar)”) nisyə satışını həyata keçirir. Müqavilənin 1.2-ci maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış “Mal(lar)ın adı, rekvizitləri, miqdarı, qiyməti və s. “Satıcı”nın verdiyi sənədlərlə müəyyən olunur. Müqavilənin 1.3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”ya 1 ədəd “Samsung SM-A736 black 256gb” markalı telefonu satır. Həmin müqavilənin 2.1-ci maddəsinə görə “Samsung SM-A736 black 256gb” markalı telefonun dəyəri cəmi 1.590.88 manat təşkil edir. Müqavilənin 2.2 maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin 100 (yüz) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə “Satıcı”ya ödənilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin qalıq məbləği Müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə “Satıcı”ya ödənilir. Müqavilənin 5.2-ci maddəsinə əsasən alıcı ödənişləri vaxtında ödəməzsə həyata keçirməzsə, gecikdirərsə Satıcı bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər, əvvəl ləğv edildikdə Alıcı bu Müqavilə üzrə ödəməli olduğu bütün məbləği 3 (üç) iş günü ərzində Satıcıya ödəməlidir. Müqavilənin 6.2-ci maddəsinə əsasən "Alıcı" verilmiş malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək qanuna uyğun cərimələr ödənilməlidir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung SM-A736 black 256gb” markalı telefon xx.xx.2022-ci il tarixdə ********* saylı müqaviləyə əsasən Cavabdeh təhvil verilmiş və imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 124.24 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ – 1.468 manat, cərimə 132 manat təşkil edir. İş materiallarına əlavə edilmiş digər xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 26-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ – 1490,88 manat, cərimə 134,12 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqavilələri üzrə borc bildirişi ünvanlanmışdır Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə dəbbə pulunun tənasübsüz olaraq yüksək olması qənaətinə gəldiyinə görə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə məbləğinin 60 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə məbləğinin 60 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 52,25 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli “nisyə alğı-satqı müqaviləsinə əsasən 1468 (bir min dörd yüz altmış səkkiz) manat əsas, 60 (altmış) manat cərimə olmaqla, cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat və xx.xx.2022-ci il tarixli “nisyə alğı-satqı" müqaviləsinə əsasən 1.490,88 (bir min dörd yüz doxsan manat səksən səkkiz qəpik) manat əsas, 60 (altmış) manat cərimə olmaqla, cəmi 1.550,88 (bir min beş yüz əlli manat səksən səkkiz qəpik) manat; hər iki müqavilə üzrə cəmi 3.078,88 (üç min yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat ödənilməmiş borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 52,25 (əlli iki manat iyirmi beş qəpik) manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar