Məhkəmə qərarları › İş №2(011)-364/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-364/2020

02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-364/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yarləşən mənzilin sahibi Cavabdeh təqsiri nəticəsində iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilinə dəymiş ziyana görə 1500 (min beş yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və cavabdeh tərəfindən ona məxsus olan mənzildə yaranmış nasazlıqların aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 m.97 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və 10 ildən çoxdur ki, bu evdə ailəsilə birlikdə yaşayırlar. Ondan üst mərtəbədə yaşayan Cavabdeh demək olar ki, iddiaçı bu evi alandan hər il mənzilinə su axıtmaqla çox çətinliklər yaradır. Demək olar ki, bu proses hər il baş verir. Nə qədər xəbərdarlıq etsə də, su axımı nəticəsində yararsız vəziyyətə düşmüş yerləri göstərsə də, heç bir nəticəsi olmur. Cavabdehin hərəkətinə daha dözə bilməyib onlara aid olduğu Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar sahəsinə müraciət etmişdir. Mənzil-istismar sahəsinin əməkdaşları yaşadıqları mənzilə gələrək yerində baxış keçirərək Baxış aktı tərtib etmişlər. Aktdan müəyyən edildi ki, həqiqətən də Naximov küçəsi, ev 35, mənzil 100 ünvanında yaşayan Cavabdeh məxsus olan mənzildən su axıdılaraq iddiaçıya məxsus olan mənzilin müəyyən hissələri, yəni sanitar qovşağı, vanna otağı və mətbəxin tavanı yararsız vəziyyətə düşmüşdür. İddiaçıya dəyən maddi ziyan böyükdür və o dəymiş ziyanı 1500 (min beş yüz) manat dəyərində qiymətləndirir. Əgər həmin şəxsin üzərinə yararsız vəziyyətə düşmüş yerlərin təmiri vəzifəsi qoyularsa və o, bunları etməyəcək. Çünki çox səhlənkar adamdır, əgər edəsi olsaydı öz mənzilində mövcud olan su axınının qarşısını təmir elətdirməklə alardı. Odur ki, iddiaçı dəymiş ziyanın əvəzi kimi cavabdehdən pul tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. AR ƏMDK yanında DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 35 saylı evin 97 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçirilmişdir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2019-cu il tarixli Baxış aktına əsasən, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar sahəsinin mühəndisi Hüseyn İsmayılov, texniki Rəna Məmmədova, çilingəri Ağasəf Rəhimzadə, suvaqçısı Edər Ağarzayevin iştirakı ilə Naximov küçəsi 35 nömrəli binanın 97-ci mənzilinin sakini İddiaçı ərizəsinə əsasən onun mənzilinə baxış keçirildi, baxış zamanı həmin mənzilin sanitar qovşağının, vanna otağının və mətbəxin tavanının üst mərtəbə Naximov küçəsi ev 35 mənzil 100 ünvanında yaşayan Cavabdeh məxsus mənzildən su axıdılaraq müəyyən hissələi yararsız vəziyyətə düşməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 557 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 35-in 97 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 97 saylı mənzilin üst mərtəbəsində 100 saylı mənzilin yerləşdiyini və AKT-ın göstəricilərini nəzərə alaraq 97 saylı mənzilə 100 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 35 saylı binanın 97 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 705,0 manat məbləğində olduğu müəyyən edilmiş. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Naximov küçəsində yerləşən 35 saylı binanın 97 saylı mənzilinəcavabdehin istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 35 saylı evin 100 saylı mənzilindən su axıdılması nəticəsində iddiaçıya 705,0 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı mənzilinə su axması nəticəsində ona 1500 manat ziyan dəyməsini iddia etdiyi halda bu halı sübuta yetirə bilmədiyindən məhkəmə iddiaçının vurulmuş maddi ziyan tələbini qismən, yəni 705 manat hissəsində əsaslı hesab edib təmin edir. Məhkəmə iddia tələbini cavabdeh tərəfindən ona məxsus olan mənzildə yaranmış nasazlıqların aradan qaldırılması hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh Fəzayil oğlunun mənzilində yaranmış nasazlıqların mövcudluğu müəyyən edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 705 (yeddi yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh Fəzayil oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar