Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3644/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh LPO QSC “BANK STANDART” KB-nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh LPO QSC “BANK STANDART” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcu üzrə öhdəliyə xitam verilməsi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO QSC “BANK STANDART” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, barəsində 13.11.2008-ci il tarixli kredit müqaviləsi üzrə 1074,40 manat əsas borc, 3715,59 manat isə faiz məbləği olmaqla, ümumilikdə 4789,99 manat borca dair öhdəliyə xitam verilməsi, borcun silinməsi və bu barədə kredit reyestrində müvafiq düzəlişlərin edilməsi üçün Azərbaycan Kredit Bürosuna məlumat təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaası barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO QSC “BANK STANDART” KB-nin nümayəndəsi E.Səlimov ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh bankın hüquqi ünvanının Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanının isə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 olduğundan işin baxılmamış saxlanılmasını və ya geri qaytarılmasını və ya aidiyyatı üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəməyə ərizə ilə müraciət edərkən cavabdehin ünvanını müəyyənləşdirmək üçün internet resurslarına əsaslanıb, ancaq bununla belə iddia ərizəsinin aiddiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehin ərizəsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir Belə ki, iş materiallarına əsasən cavabdehin poçt ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, ünvan 3ehlərdən biri olan Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu , Bül-bül prospekti 40, digəri LPO QSC “BANK STANDART” KB-nın hüquqi ünvanı isə Bakı şəhəri Səbail rayonu Azərbaycan pr. 4-dür. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mülki iş, ərazi aidiyyatı üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO QSC “BANK STANDART” KB-yə qarşı kredit borcu üzrə öhdəliyə xitam verilməsi barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3644/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3644/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver