Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3646/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı aliment, Qarşılıqlı iddia iddiaçı üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı nikahın pozulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan 21 fevral 2022-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat və uşaq 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət X3 rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 21 fevral 2022-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, artıq bir neçə aydır ki, faktiki olaraq ayrılmışlar. Birgə nikahdan olan uşaqları 8 aydan artıq müddətdir ki, faktiki olaraq ayrılmışlar birgə nikahdan olan azyaşlı uşağə iddiaçının himayəsindədir. Cavabdehin rəsmi iş yeri olmasa da, sabit gəlir mənbələri vardır və hər ay sabit pul məbləğində 220 manat aliment ödəmək iqtidarındadır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı ilə xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət X3 bağlanmış 895 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixdə İddiaçı ilə 5 saylı Bakı Asan Xidmət X3 rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 21 fevral 2022-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, artıq bir neçə aydır ki, faktiki olaraq ayrılmışlar. Birgə nikahdan olan uşaqları 8 aydan artıq müddətdir ki, faktiki olaraq ayrılmışlar birgə nikahdan olan azyaşlı uşağə İddiaçı himayəsindədir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar əsaslıdır, təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki Cavabdeh və İddiaçı nikahının bağlanması barədə xx.xx.2021-ci il tarixdə 895 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir (AZ-T seriyalı 048759 nömrəli “Nikahın haqqında şəhadətnamə”). Tərəflərin birgə nikahından 21 fevral 2022-cı il təvəllüdlü X4 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, tərəflərin nikahları pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş uşağı 21 fevral 2022-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 7.6-cı bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlar yetkinlik yaşına çatmadığından, uşağın ana qayğısına daha çox ehtiyacı olduğundan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşağı mövcud vəziyyətə və tərəflərin qarşılıqlı razılığına əsasən İddiaçı yanında qalmalıdır. Məhkəmə ilkin iddianın alimentə dair hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının aliment tələbi məhkəmə tərəfindən əsaslı hesab edilməli 21 fevral 2022-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 220 manat, miqdarında alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğindəmüəyyən edilmişdir. Məhkəmə ilkin iddiaya 21 fevral 2022-cı il təvəllüdlü X2 3 yaşınadək 100 manat məbləğində alimentin ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Bundan başqa, məhkəmə hesab edir ki, 100 manat məbləğində aliment iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 895 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 21 fevral 2022-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. 21 fevral 2022-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 21 fevral 2022-cı il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni xx.xx.2025-ci il tarixinədək 100 (yüz) manat məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3646/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3646/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver