Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3663/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı övladları xx.xx.2019-cu il təvəllüdlü Babayev Ömər və xx.xx.2020-ci il təvəllüdlü Babayev Sahibin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3963/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında 220 manat məbləğində alimentin ödənilməsinə dair mediasiyada barışıq sazişi bağlanıb. Lakin cavabdeh hazırda alimenti vaxtı-vaxtında ödəmir və aliment borcu var. Cavabdeh məhkəmə baxış zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, aliment borcundan ödənişlər edib və hazırda aliment borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3963/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Sonradan tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosessində alimentə dair barışıq sazişi bağlanmış, cavabdeh birgə nikahdan doğulan uşaqlara hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat alimenti ödəməyi öz öhdəsinə götürüb. İddiaçı məhkəmə baxışı zamanı bildirdi ki, cavabdeh barışıq sazişinin şərtlərinə uyğun olaraq alimenti vaxtı-vaxtında ödəmir. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında alimentin hər ay cəmi 440 manat məbləğində ödənilməsi ilə bağlı razılıq əldə ediblər. Belə olan halda, iddiaçı hazırda olduğu kimi alimentin artırılması barədə iddia ərizəsi ilə deyil, mediasiyada bağlanmış barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında ayrıca ərizə ilə məhkəməyə müraciət etməli idi. AR MPM-nin 355-23.1-ci maddəsinə əsaəsn “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinə ümumi icraat qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməli və iddiaçıya cavabdeh tərəfindən barışıq sazişinin şərtləri pozulduğu halda onun təsdiqi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdeh tərəfindən barışıq sazişinin şrtləri pozulduğu halda onun təsdiqi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3663/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3663/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver