Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3684/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 937.70 manat dəymiş maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 yanvar 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən “Təbrik” şadlıq sarayında qonşusu Pərvin Məmmədovanın toy məclisində iştirak edərkən onunla eyni masada oturan İddiaçı oynamaq məqsədi ilə ayağa qalxarkən qızılı rəngli üzərində “London” sözləri yazılmış əl çantasının stulun üzərində qalmasını görüb özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə əl çantasının içərisində olan açıq yaşıl rəngli pul kisəsini götürərək şadlıq sarayının sanitar qovşağına getmiş, orada pul kisəsindən 660 manat, 255 manata bərabər 150 ABŞ dolları və 22.70 qəpiyə bərabər 1000 rus rublu pulunu gizli olaraq talayıb yenidən masaya qayıdaraq pul kisəsini əl çantasının içərisinə qoymuş və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 937.70 manat ziyan vurmaqla oğurluq etmişdir. Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 1(011)-332/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 1(011)-332/2020 saylı hökmü ilə Cavabdeh əməli təsdiq edilmiş, iddiaçıya dəymiş maddi ziyanın məbləği dəqiq göstərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 1(011)-332/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Cinayət Məcələlsinin 177.1-ci maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün surətindən həmçinin görünür ki, Cavabdeh 12 yanvar 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən “Təbrik” şadlıq sarayında qonşusu Pərvin Məmmədovanın toy məclisində iştirak edərkən onunla eyni masada oturan İddiaçı oynamaq məqsədi ilə ayağa qalxarkən qızılı rəngli üzərində “London” sözləri yazılmış əl çantasının stulun üzərində qalmasını görüb özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə əl çantasının içərisində olan açıq yaşıl rəngli pul kisəsini götürərək şadlıq sarayının sanitar qovşağına getmiş, orada pul kisəsindən 660 manat, 255 manata bərabər 150 ABŞ dolları və 22.70 qəpiyə bərabər 1000 rus rublu pulunu gizli olaraq talayıb yenidən masaya qayıdaraq pul kisəsini əl çantasının içərisinə qoymuş və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 937.70 manat ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri ilə iddiaçıya vurduğu ziyanı ödəməlidir. Belə ki, məhkəmə iclasında iddia ərizəsinə və təqdim olunmuş qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən müəyyən edildi ki, cavabdeh tərəfindən İddiaçı 937.70 manat miqdarında ziyan vurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 937.70 manat maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 937.70 (doqquz yüz otuz yeddi manat yetmiş qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3684/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3684/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver