Məhkəmə qərarları › İş №2(011)-3764/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3764/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3764/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai aRayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı– cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2019cu il tarixli, 23-Y-2-0-790-19 saylı kredit müqaviləsi üzrə banka 982,76 manat əsas borc, 29,22 manat faiz borcu, 35,10 manat cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faiz hesablanmış 0,60 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 1047,68 manat, xx.xx.2019cu il tarixli, 23-Y-3-0-821-19 saylı kredit müqaviləsi üzrə banka 1999,48 manat əsas borc, 95,09 manat faiz borcu, 8,49 manat cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faiz hesablanmış 0,90 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 2103,96 manat kredit borcu və 51,52 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 23-Y-2-0- 790-19 kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 11000 manat kredit götürmüşdür. Eyni zamanda Cavabdeh xx.xx.2019-cu il tarixli, 23-Y- 3-0-821-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 2000 manat məbləğində limiti olan kredit kartı götürmüş və ona ayrılmış kredit limitindən istifadə etmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-dək Cavabdeh banka xx.xx.2019-cu il tarixli, 23-Y-2-0-790-19 saylı kredit müqaviləsi üzrə 982,76 manat əsas borc, 29,22 manat faiz borcu, 35,10 manat cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faiz hesablanmış 0,60 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 1047,68 manat borcu vardır. Həmçinin xx.xx.2022-ci il tarixədək Cavabdeh banka xx.xx.2019-cu il tarixli, 23-Y-3-0-821-19 saylı kredit müqaviləsi üzrə 1999,48 manat əsas borc, 95,09 manat faiz borcu, 4,49 manat cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faiz hesablanmış 0,90 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 2103,96 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 23-Y-2-0-790-19 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən, illik 18 faizlə 36 ay müddətində 11000 manat kredit götürmüşdür. "xxxx" İKB ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 23-Y-3-0-821-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən, illik 21 faizlə 12 ay müddətində 2000 manat kredit xətti açılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" İKB ASC tərəfindən xəbərdarlıq göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu, ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ona güzəşt edilmiş əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 51,52 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdurlar. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 24 aprel 2019-cu il tarixli müqaviləyə əsasən 982,76 (doqquz yüz səksən iki manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 29,22 (iyimi doqquz manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 35,10 (otuz beş manat on qəpik) manat məbləğində cərimə borcu və 0,60 (altmış qəpik) manat məbləğində əldən çıxmış fayda, 26 aprel 2019-cu il tarixli müqaviləyə əsasən 1999,48 (min doqquz yüz doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğində əsas borc, 95,09 (doxsan beş manat doqquz qəpik) manat məbləğində faiz borcu, 8,49 (səkkiz manat qırx doqquz qəpik) manat məbləğində cərimə borcu və 0,90 (doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3151,64 (üç min yüz əlli bir manat altmış dörd qəpik) manat məbləğində borc pul vəsaiti və 51,52 (əlli bir manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar