Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3824/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş ziyana görə 1710 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12.02.2021-ci il tarixdə saat 12:06 radələrində idarə etdiyi “BMW” markalı YR-100-AZ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi ilə M.Qaçqay küçəsinin kəsişməsində sağında hərəkətdə olan, etibarnamə əsasında tərəfindən idarə edilən “Mersedes Benz” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir. "xxxx" MMC verdiyi akta əsasən avtomobilin təmir xərci cəmi 1710 manat təşkil edir. Etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hesabına təmir edilmişdir. Hadisədən sonra Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğu izahat verib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq cavabdehin məhkəmə iclasına gəlməməsinin mübahisənin həlli məqsədini daşıdığını göstərdi və işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli, 3(011)-3881/2021 saylı qərarından görünür ki, Cavabdeh barəsində Bakı şəhəri Nəsimi RPİ X8 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayəti təmin edilməmişdir. Məhkəmə baxışı zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22.02.2021ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon X3ytarılmışdır. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X8 Şöbəsinin 21.06.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. - Nəsimi RPİ X8 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh 12.02.2021-ci tarixdə idarə etdiyi “BMW 528" markalı YR 100 AZ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən “X6" Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin lll-cu hissənin tələbini pozaraq nizamlanmayan yol ayrıcına daxil olarkən özündən sağda hərəkətdə olan “Mersedes Benz”' minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - Hadisə yerinin kamera görüntülərinə əsasən “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh 12.02.2021-ci il tarixdə V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən sağdan gələn “Mercedes- Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmiş və yolayrıcını keçmə qaydalarını pozmuşdur. - Hadisə yerinin sxemindən və fotoşəkillərə əsasən“BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinih sürücüsü Cavabdeh V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan gələn “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmiş və yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 02.12.2021-ci il tarixli, 3(103)-2825/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli, 3(011)-3881/2021 saylı qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 15.02.2021-ci il tarixli ilkin aktının surətindən görünür ki, “Mersedes Benz”' minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1710 manat ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə baxışında araşdırılmış sübutlarla Cavabdeh 12.02.2021-ci tarixdə idarə etdiyi “BMW 528" markalı YR-100-AZ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən “X6" Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin lll-cu hissənin tələbini pozaraq nizamlanmayan yol ayrıcına daxil olarkən özündən sağda hərəkətdə olan İddiaçı idarə etdiyi “Mersedes Benz”' minik markalı **- CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması və 1710 manat məbləğində ziyan yetirməsi, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi təsdiq edilmişdir. Buna görə də, iddia tələbi təmin edilərək 1710 manat məbləğdə pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildirindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1710 (bir min yeddi yüz on) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3824/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3824/2021
17.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver