Məhkəmə qərarları › İş №2(011)-3829/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3829/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3829/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı - cavabdehlər Səlimova (Əsədova) Ayşən Fərman qızı, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 193002,25 manat, faiz borcu üzrə 44766,10 manat, cəmi 237768,35 manat manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə cavabdeh Səlimova (Əsədova) Ayşən Fərman qızı arasında bağlanmış 11.03.2016-cı il tarixli, 5-11-03-2016-Eİ-AS nömrəli Kredit müqaviləsinə əsasən Səlimova (Əsədova) Ayşən Fərman qızına 240 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 200250 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında zaminlik müqavilələri bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 11.03.2016-cı il tarixli, 5-11-03-2016-Eİ-AS nömrəli Kredit müqaviləsinə əsasən 19.03.2021-ci il tarixinə əsas borc üzrə 193002,25 manat, faiz borcu üzrə 44766,10 manat, cəmi 237768,35 manat borc məbləği mövcuddur. İddiaçı AR MPM-in 53-cü maddəsinin tələbinə əsasən ərizə ilə müraciət edərək, Cavabdeh1, X1 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 30.09.2021-ci il tarixə kredit borcu üzrə 193002,25 manat əsas, 53086,64 manat faiz borcu olmaqla, cəmi 246088,89 manat məbləğində kredit borcu, məhkəmə rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan, təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Səlimova (Əsədova) Ayşən Fərman qızı arasında bağlanmış 11.03.2016-ci il tarixli 5-11-03-2016-Eİ-AS nömrəli “Təminatlı Kredit müqaviləsi”-nə əsasən bank borcalana, borcalan ilə Cavabdeh3 MMC arasında imzalanmış 10.03.2016-cı il tarixli ABB YM-1 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 240 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 200250 AZN məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 11.03.2016-cu il tarixli 5-11-03-2016-Eİ-AS nömrəli Zaminlik Müqaviləsinə görə, zamin Cavabdeh2, "xxxx" ASC ilə Səlimova (Əsədova) Ayşən Fərman qızı arasında bağlanmış 11.03.2016-cu il tarixli 5-11-03-2016-Eİ-AS nömrəli kredit müqaviləsinə əsasən 200250 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcu özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC ilə zamin Cavabdeh3 MMC arasında bağlanmış 11.03.2016-cu il tarixli 5-11-03-2016-Eİ-AS nömrəli Zaminlik Müqaviləsinə görə, zamin Cavabdeh2, "xxxx" ASC ilə Səlimova (Əsədova) Ayşən Fərman qızı arasında bağlanmış 11.03.2016-cu il tarixli 5-11-03-2016-Eİ-AS nömrəli kredit müqaviləsinə əsasən 200250 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcu özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Səlimova (Əsədova) Ayşən Fərman qızının qeyd edilən müqavilə üzrə 30.09.2021-ci il tarixə əsas borcu 193002,25 manat, faiz borcu 53086,64 manat, cərimə borcu 0 manat, ümumilikdə 246088,89 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı bildirişdən görünür ki, cavabdehdən borcunu bildiriş məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" ASC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4662 nömrəli 16.08.2021-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən "xxxx" ASCdən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu 19.05.2021-ci il tarixə əsas borc üzrə 193014,38 manat, faiz borcu üzrə 47363,20 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Səlimova (Əsədova) Ayşən Fərman qızı iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30,40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK-nın mülki məsuliyyətini araşdıraraq hesab edir ki, həmin şəxslər mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.03.2016-cı il tarixli 5-11-03-2016- Eİ-AS nömrəli Təminatlı Kredit Müqaviləsi üzrə əsas borca görə 193002,25 (yüz doxsan üç min iki manat iyirmi beş qəpik) manat, faiz borcuna görə 53086,64 (əlli üç min səksən altı manat, altmış dörd qəpik) manat olmaqla, cəmi 246088,89 (iki yüz qırx altı min səksən səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Məhkəmə xərcləri dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar