Məhkəmə qərarları › İş №2(011)-385/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-385/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-385/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilinə üst mərtəbədə yerləşən ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh təqsiri sayəsində mənzilinə su axıdılmaqla mənzilinə dəyən maddi ziyana görə 1000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmaqla ailəsilə birlikdə orada yaşayır. Üst mərtəbədə,17 ci mənzildə cavabdeh qismində göstərililən Cavabdeh yaşayır. 30 ildir ki,bu mənzildə cavabdehlə qonşuluq edirş Bu müddət ərzində cavabdeh 18 dəfə su axıtmaqla ona maddi və mənəvi ziyan vurmuşdur.08.03.2020-ci ildə axşam 22:00 –da evə gələrkən evin suyun içində olduğunu görmüşdür.Elektrik naqilində olan su yığını nəticəsində lampalar partlamışdı.Divar kağızları məhv olmuş və xalçalar suyun içərsində qalmışdı.Sonuncu dəfə eyni qaydada mənzilinə su axıdılmış və o, 110 saylı MİS-in baş mühəndisinə zəng etmişdir.MKİS tərəfindən gələn şəxslər evə baxış keçirərək ziyan çəkmiş yerlərin şəklini çəkdilər və Akt tərtib etdilər. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 09.10.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçı ona suyun mənzilə axıdılması barədə xəbərdarlıq etmişdir, su axıdılması onun mənzilindən olsa da, bunda onun heç bir təqsiri yoxdur, bu yaranmış vəziyyət onun hərəkətsizliyi nəticəsində baş verməmişdir, mənzillərə çəkilmiş su xətlərində nasazlıq əvvəllər olmuşdur. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 110 saylı MKİS tərəfindən tərtib olunmuş 02.06.2020-ci il tarixli aktdan görünür ki, 02.06.2020-ci il tarixində Xocalı prospekti 24 saylı evin 15 saylı mənzilinə baxış keçirilən zaman, həqiqətən yuxarı mərtəbədə yaşayan qonşudan, yəni 17 saylı mənzilin mətbəxindən 15 saylı mənzilin mətbəxinə su axıntısının şahidi olmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 29.03.2021-ci il tarixli 10/3261 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan mənzillərin bir-birinin üstündə yerləşməsini, iddiaçının 15 saylı mənzilinin konstruktiv elementləri (divan, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu, mülki işdə olan aktın məlumatlarını və baxış zamanı cavabdehdən əldə olunan məlumatları nəzərə alaraq iddiaçının 15 saylı mənzilinə üst mərtəbədə yerləşən 17 saylı mənzilin mətbəx otağında yerləşən əl-üz yuyanın kanalizasiya borusunda yaranmış nasazlıq səbəbindən suyun sızması müəyyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Rəfiyev küçəsi 24 saylı evin, 15 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 847 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, R.Rəfiyev küçəsi 24 saylı evin, 15 saylı mənzili İddiaçı, həmin ünvanda yerləşən 17 saylı mənzil isə Cavabdeh məxsusdur, iddiaçıya ona məxsus mənzildən yuxarı mərtəbədə yerləşən 17 saylı mənzildən su sızması nəticəsində ziyan dəymişdir, ekspert rəyinə əsasən təmir-bərpa işlərinin təqribi dəyəri 847 manat həddindədir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyinə münasibətdə qeyd edir ki, 29.03.2021-ci il tarixli 10/3261 saylı ekspert rəyi üzrə belə ziyanın konstruktiv elementləri (divan, tavan və s.) hissəsi ilə əlaqədar olduğu göstərilmiş və buna müvafiq olaraq təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətinə uyğun olaraq 847 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, dəymiş zərərin məbləği, həmin rəy üzrə ekspertin gəldiyi nəticəyə uyğun olaraq 847 manat miqdarında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 847 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 29.03.2021-ci il tarixli 10/3261 saylı məhkəmə tikinti-texniki ekspertizası üzrə keçirilmiş ekspertiza ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 50 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilə vurulmuş maddi ziyana görə 847 (səkkiz yüz qırx yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar