Məhkəmə qərarları › İş №2(011)-3852/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3852/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3852/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov ilkin Camal oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 3367.29 manat əsas borc, 676.16 manat faiz borcu olmaqla cəmi 4043.45 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.F.Budaqova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqavilə ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir, İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı Dəyişikliklərin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan “X3 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1227 saylı, xx xxxxxx 2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir, belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, SM18 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 8000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric oredrindən göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zamin Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə 2-xx.xx.2014-SM18 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, bank “Borcalan”a 8000 manat məbləğində kreditin verməyi, 2.3-cü maddəsinə əsasən, isə “Borcalan” isə bu Müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür, həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi və yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar heç bir nəticə verməmişdir, odur ki, bank kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda E.F.Budaqova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi E.F.Budaqova ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-xx.xx.2014-SM18 saylı təminatlı kredit müqaviləsindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, borcverən istehlak məqsədləri üçün borcalana 8000 manat məbləğində krediti illik 22% dərəcəsi ilə 36 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-xx.xx.2014-SM18 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 8000 manat məbləğində krediti illik 22% dərəcəsi ilə 36 ay müddətinə, aylıq ödənişi 305,60 manat olmaqla kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2-xx.xx.2014-SM18 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 2-xx.xx.2014 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC “Yasamal” filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 Təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı QSC–yə olan borcu 3.367,29 manat əsas borc və 676,16 manat faiz borcu, ümumilikdə 4043,45 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş kompensasiya məbləği 1269,52 manat məbləğindədir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC “Yasamal” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş mədaxil qəbzindən görünür ki, Cavabdeh1 4000 manat və 3680 manat məbləğində krediti qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC–yə keçmişdir. İş materiallarından olan xx.xx.2019-cu il tarixli 5806 saylı bildirişdən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə “X3 edilməsi agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC–yə keçmiş, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC–nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 edilməsi Agentliyi” MMC həyata keçirilməsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Cavabdeh1 hesablanmış 1269,52 manat məbləğində kompensasiya onun İddiaçı QSC-nin Bakı filialında olan və xx.xx.2014-cü il tarixli, 2-xx.xx.2014-SM18 nömrəli müqavilə ilə ona verilmiş kredit üzrə ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənişinə yönəldilməsi, hazırda xx.xx.2019-cu il tarixinə həmin kredit müqaviləsi üzrə onun İddiaçı QSC-yə olan borcunun qalığı 3367,29 manat əsas borc, 676,16 manat faiz borcu olmaqla, ümumilikdə 4043,45 manat məbləğində borcunun olması bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, “X3 edilməsi Agentliyi” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “X3 edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2020-ci il tarixli, 1628 saylı bildirişdən görünür ki, cavabdehlərə 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC “Yasamal” filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 2-xx.xx.2014-SM18 saylı kredit müqaviləsi bağlanmışdır, bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% dərəcəsi ilə 8000 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş həmçinin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli, 2-xx.xx.2014 saylı zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin banka ödənilməmiş 3367.29 manat əsas borc, 676.16 manat faiz borcu olmaqla cəmi 4043.45 manat borcu qalmışdır. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3367,29 manat əsas borc, 676,16 manat faiz borcu olmaqla ümumilikdə cəmi 4043,45 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC–nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3367,29 manat əsas borc, 676,16 manat faiz borcu olmaqla, ümumilikdə 4043 (dörd min qırx üç) manat 45 (qırx beş) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar