Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3856/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sabirabad filialı tərəfindən İddiaçı arasında saxta imzalarla 19 avqust 2011-ci il tarixdə bağlanmış 294 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədədir, iddiaçı özünün poçt ünvanı kimi Sabirabad rayonu, Balvar kəndini, cavabdehin qeydiyyat ünvanı kimi isə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanını göstərmişdir. Bununla belə, “Elektron məhkəmə” İnformasiya sistemi vergi ödəyiciləri məlumatları barədə elektron Çıxarışdan görünür ki, Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı ünvan 3r ki, iddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə verilməli olduğu halda Bakı şəhəri Xətai rayon məhkəməsinə verildiyindən onun Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi, ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151-152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “Cavabdeh ASC-nin Sabirabad filialı tərəfindən İddiaçı arasında saxta imzalarla 19 avqust 2011-ci il tarixdə bağlanmış 294 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3856/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3856/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver