Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3865/2025 19.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Mehtiyeva Nailə Amur qızının katibliyi ilə, İddiaçı cavabdeh Velıev İsraphıla qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Cavabdeh BMV markalı avtomaşın ilə Ford Kuga markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsindən vurmuşdur. Cavabdeh Veliev İsraphıldan 15350 manat vurulmuş ziyanın və və ödənilmiş dövlət rüsumu 137 manat, cəmi 15487 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə 4 baxış iclası keçirmiş, ilk iki məhkəmə baxış iclasları xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin edilmiş, hər iki tərəf iştirak etmişdir. Növbəti məhkəmə baxış iclasları xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin edilmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin tərəflər hazırlıq iclaslarında iştirak etməmiş və iclaslarda iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə xahiş edilən pul məbləği yüksək olduğundan, tələb edilən pul məbləği ilə mülki iş materiallarına əlavə edilmiş sübutlar arasında aşkar uyğunsuzluq olduğundan, yəni, iddiaçının iddia tələbinin əsası kimi irəli sürdüyü sübutlar kifayət etmədiyindən iddiaçının məhkəmə iclaslarında iştirakı zəruri olmuşdur. Məhkəmə mülki iş üzrə tərəfin iştirakı olmadan məhkəmə araşdırmasının davam etdirilməsini qeyri-mümkün hesab edir.
7. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. (§3)
8. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
9. Mülki iş baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Velıev İsraphıla qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 138 (yüz otuz səkkiz) manat dövlət rüsumu geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova