Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3918/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı –Cavabdeh 10800 manat məbəğində pulun və həmçinin tərəfindən ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin oktyabr ayında ev almaq məqsədilə ev axtarmaq üçün yaxın ətrafından olan şəxlərə bu barədə məlumat vermişdir. Tanışının vasiləsilə makler kimi fəaliyyət göstərən Cavabdeh ilə əlaqə saxladı. Cavabdehə 55000 manat pulunun olduğunu və bu məbləğə həyətyanı sahəsi olan fərdi yaşayış evi almaq istədiyini bildirdi. Təxminən 2-3 gün sonra Cavabdeh iddiaçı əlaqə saxlayaraq Zabrat qəsəbəsində 55000 manata həyətyanı sahəsi olan fərdi yaşayış evinin satışa çıxarıldığını, lakin həmin evin təmirsiz olduğunu bildirmişdir. İddiaçı evə baxmaq istədiyini bildirsə də Cavabdeh, ev sahibinin həyat yoldaşının ölməsi ilə əlaqədar olaraq evi satışa çıxardığını həmçinin evdə təmir işlərinin getdiyini və həmin evin təmirinin davam etməsi üçün 10000 manat pulun lazım olduğunu bildirmişdir. O, Cavabdeh həmin evdə təmir işlərinin necə getməsi ilə əlaqədar evə baxmaq istədiyini bildirəndə o, bunun lüzumsuz olduğunu və evə yalnız təmir bitdikdən sonra baxmaq mümkündür deyə bildirdi. O, Cavabdeh etibar etdiyindən onunla razılaşaraq ona 10000 manat pulu verdi. İlkin olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus 4189 8000 8352 2902 saylı kart hesabına ayrıayrılıqda 800 və 1500 manat, xx.xx.2023-cü il tarixdə 3502 manat, xx.xx.2023-ci il tarixdə 5016 manat pul göndərdi. Sonradan Cavabdeh sözügedən evin təmiri üçün sərf edilən pulun daha artıq məbləğə ola biləcəyini bildirmişdir, lakin iddiaçı onların cavabdehlə belə razılaşmadıqlarını və belə olduğu halda iddiaçının ona verdiyi pulları geri qaytarmasını tələb etdi. Cavabdeh bayramlar bitdikdən sonra sözügedən evə baxa biləcəklərini bildirmişdir. Təxminən noyabr ayının sonlarında Xankişi ilə əlaqə saxlayaraq dediyi ünvana getmişdir. Lakin, getdiyi ev əvvəlcədən Xankişi ilə razılaşdıqları sözügedən ev olmadığından Xankişidən ona sözügedən evi göstərməyi tələb etdi. Təxminən noyabr ayının sonu Xankişi ilə əlaqə saxlayaraq Zabrat 1 qəsəbəsində yerləşən həyətyanı sahəsi olan evə baxmaq üçün görüşdülər. Sözügedən 1 mərtəbəli təmirli ev barəsində ev sahibi ilə xx.xx.2023-cü il tarixdə əlyazma sənəd tərtib etməklə 65000 manata öz aralarında razılaşmışlar. Bu razılaşmaya əsasən o, 54200 manat pulu ev sahibinə verərək, geridə qalan 10800 manatı isə Cavabdeh ona verəcəyini dedi. Cavabdeh isə hal-hazırda ona məxsus bank kartının blokda olmasını səbəbi ilə 1 həftə sonra 10800 manat pulu verəcəyinə dair ev sahibinə söz verdi. Cavabdeh verdiyi vədə əməl etmədiyindən iddiaçı məcbur 11000 manat pul borc alaraq ev sahibi ilə aralarında olan razılaşmaya əsasən 10800 manat pulu verərək, sözügedən evi aldı. Sonradan dəfələrlə Cavabdeh 10800 manat pulu tələb etsə də o, müxtəlif bəhanələr gətirərək 10800 manat pulu qaytarmamışdır. Bu günə qədər Cavabdeh aldadaraq iddiaçıdan aldığı 10800 manat məbləğində pulu iddiaçıya geri qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı tələbi məzmununda izahat verərək bildirmişdir ki, o bilirdi ki, anası rəhmətə getmişdir və yoldaşı ilə boşanmışdır. Cavabdeh bunları bilərək öz borclarını iddiaçının hesabına ödəmişdir. Oğlu hazırda xəstəxanadadır, 2-ci qrup əlildir. Onun pensiyası ilə dolanır. Rüsumu çətinliklə ödəmişdir. Həmin məbləği indiyədək ödəyir. Anasının bütün dəyərli əşyalarını bu ödənişlər üçün satmışdır. Cavabdeh bildirmişdir ki, ona qardaş kimi kömək edəcək. İddiaçı isə yalnız öz oğlu ilə xidmət haqqı olaraq hörmət kimi cavabdehə ödəniş edəcəyini danışmışdır. Polis bildirmişdir ki, cavabdeh həmin pullarla öz borclarını ödəyir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçını evsiz-eşiksiz qoymamışdır. Hazırda evin içində yaşayırlar. Ona göstərilən xidmətə görə haqq ödənilməmişdir. Əvvəlcədən xidmət haqqının məbləği ilə bağlı danışıqları olmamışdır. 3 oğlu var. Müharibə iştirakçısıdırlar. Bir oğlunun sağlamlığına görə borclara girmişdir. İddiaçıya 10800 manat məbləğində borcun olduğunu etiraf etmişdir. Məhkəmədən qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, X1 Cahangir İlham oğluna Zabrat qəsəbəsi, Nəriman ünvan 1 ünvanında yerləşən ev 65000 manata satılmış, alıcı tərəfindən 54200 manat beh verilmişdir. xx.xx.2025-ci il tarixli, 23861 saylı qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 123 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdə 800 manat, xx.xx.2023-cü il tarixli qəbzdə 1500 manat, xx.xx.2023-cü il tarixli 13209 saylı qəbzdə 600 manat, xx.xx.2023-cü il tarixli 29468 saylı qəbzdə 600 manat, xx.xx.2023-cü il tarixli 4653 saylı qəbzdə 600 manat, xx.xx.2023-cü il tarixli, 28257 saylı qəbzdə 600 manat, xx.xx.2023-cü il tarixli 30588 saylı qəbzdə 600 manat, xx.xx.2023-cü il tarixli 25190 saylı qəbzdə 502 manat, xx.xx.2023-cü il tarixli 30918 saylı qəbzdə 1000 manat, xx.xx.2023-cü il tarixli 22066 saylı qəbzdə 1000 manat, xx.xx.2023-cü il tarixli 24590 saylı qəbzdə 1016 manat, xx.xx.2023-cü il tarixli 1368 saylı qəbzdə 1000 manat, xx.xx.2023-cü il tarixli 29028 saylı qəbzdə 1000 manat ödənildiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh istintaq zamanı dindirmədə öz ifadəsində göstərmişdir ki, İddiaçı ilə Arzu adlı tanışı vasitəsi ilə tanış olmuşdur. 2023-cü ilin oktyabr ayında Arzu onunla əlaqə saxlayaraq rəfiqəsi İddiaçı ev axtardığını bildirmiş və xahiş etmişdir ki. Vəfaya mənzil tapmaqda köməklik etsin. Ona ilk dəfə Vəfanın oğlu Cahangir zəng edərək 4 otaqlı həyət evi almaq istədiklərini və cəmi 55000 manat pullarının olduğunu bildirmişdir. O da Zabrat qəsəbəsində işləyən tanış maklerlə əlaqə saxlayaraq maraqlandıqda həmin ünvanda 2 mərtəbəli təmirsiz ev tapmışdır. Həmin evi tapdıqdan sonra Cahangir ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş və mənzilin hazırda təmirsiz olduğunu və təxminən 10000 manata həmin mənzili təmir etməyin mümkün olmasını bildirmişdir. Cahangir də həmin evi almağa və təmir üçün 10.000 manat pul verilməsinə razılıq vermişdir. 2023-cü ilin noyabr ayının 1 və 2-də həmin evi təmir etmək üçün Vəfa xanım hissə hissə olmaqla ümumilikdə ona məxsus 4189 8000 8352 2902 saylı Rabitə bank kartına 10.800 manat pul göndərmişdir.O da həmin pul ilə evi təmir etməli olmuşdur. Təxminən bir həftə sonra o, Vəfa və oğlu Cahangir ilə birlikdə həmin ünvana yollanmış lakin Vəfa və oğlu həmin evi bəyənməmişdirlər və başqa ev tapmağı ondan xahiş etmişdirlər. Vəfa ilə aralarında olan danışığa əsasən o aldığı 10.800 manat pulu ev aldıqda onlara qaytarmalı idi. 2023-cü ilin dekabr ayında o elə Zabrat qəsəbəsində «Araz market» in yaxınlığında 192 saylı orta məktəbin arxasında 2 sot yarım torpaq sahəsində yerləşən 1 mərtəbəli həyət evi tapmış və həmin həyət evinə 25 dekabr 2023-cü il tarixdə Vəfa ilə birlikdə getmiş və Vəfa həmin evi bəyənsə də qiymət olaraq həmin ev 75.000 manata satıldığı üçün həmin evi ala bilməyəcəyini bildirmiş, lakin o ev sahibi ilə danışaraq Vəfanın vəziyyətinin pis olmasını bildirərək ev sahibini həmin evi 65000 manat Vəfaya satmasına nail olmuş və ev sahibi ilə Vəfa arasında əlyazma ilə müqavilə bağlanmış, Vəfa 54200 manat pulu ev sahibinə vermiş və qalan 10800 manat pulu onun verəcəyini ev sahibinə də bildirmiş, o da Vəfanın sözünü təsdiq etmiş və həmin pulların kart balansında olduğunu lakin kart müvəqqəti blok olunduğu üçün həmin vəsaiti hazırda verə bilməyəcəyini bildirmiş və kart aktiv olan kimi həmin pul vəsaitinin ev sahibinə verəcəyinə söz vermişdir. Lakin həmin vaxt çoxlu miqdarda borcu olduğundan məcbur olub ona Vəfanın göndərdiyi puldan yaşadığı mənzilin kirayə haqqına borclu olduğu 5000 manatı evin sahibinə ödəmiş, sonra qalan 5000 manatı Unibanka olan borcunun ödənilməsinə sərf etmişdir. Qalan 800 manatı isə elə həmin evin tapılması, yol xərcləri, həmçinin onlarla birlikdə mənzilin çatışmamazlıqlarını aradan qaldırılması üçün xərcləmişdir. Belə ki əvvəldən aralarında xidmət haqqı barədə söhbət olmasa da göstərilən 800 manat pul onaə evin tapılması üçün xidmət haqqı kimi verilmişdir. Sonradan həmin pulu Vəfaya qaytarmaq istəsə də maddi vəziyyəti pis olduğu üçün həmin 10.000 manat pulu Vəfaya qaytara bilməmiş Vəfa da məcbur olub özü həmin pulu borclu qaldığı ev sahibinə ödəmişdir. O Vəfa üçün həmin evi maya dəyərindən 10.000 manat aşağı qiymətə aldığı üçün fikirləşmişdir ki, Vəfa bunu nəzərə alıb ondan həmin 10.000 manatı geri istəməyəcəkdir. Lakin Vəfa həmin pulu ondan istədikdə ona etdiyi xidmət müqabilində həmin pulu geri tələb etmişdir. Bu səbəbdən də Vəfa pulu qaytarmadığını görərək barəsində şikayət etmişdir. Bildirmişdir ki, həmin pul vəsaitini yaxın müddətdə qaytaracaq. Onun Vəfaya qarşı dələduzluq etmək fikri olmamış lakin sonradan maddi sıxıntıları olduğu üçün həmin pul vəsaitini şəxsi işləri üçün xərcləmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, cavabdehin iddiaçıdan iddia ərizəsində qeyd olunan məbləğdə vəsaitin götürməsini qeyd etdiyini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, məhkəmə iclaslarında cavabdeh vurduğu ziyanı qəbul etmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh istintaq zamanı dindirmədə iddiaçıdan pulu alaraq borclarına ödədiyini öz ifadəsində bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan 10800 manat pulu götürmüş və onu qaytarmamaqla iddiaçıya maddi ziyan vurmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3918/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3918/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver