Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3955/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.341 (on beş min üç yüz qırx bir) manat məbləğində pulun, 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın, 152 manat dövlət rüsumunun, cəmi 20.493 (iyirmi min dörd yüz doxsan üç) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iş yoldaşı Cavabdeh, 2023-cü ilin avqust ayında torpağı olduğunu və həmin torpağın tez bir zamanda sənədləşdirilməsi üçün vacib pula ehtiyacı olduğunu bildirmişdir. O, həmin şəxsi Azərbaycan Respublikası Penitensiar xidmətdən tanıdığı üçün və ona etibar etdiyinə görə 23 avqust 2023-cü il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 48 ay müddətinə kredit götürərək 17.300,00 manat məbləğində ona borca pul vermişdir. Göstərilən kreditin əsas məbləği 17.300 manat, qaytarılmalı faiz hissəsi isə 8.124,24 manat olmaqla, banka qaytarılmalı cəmi məbləğ 25.424,29 manat təşkil etmişdir. Cavabdeh həmin krediti faizi ilə birlikdə qaytarılmasını öz üzərinə götürmüşdür. Yəni həmin borcu faizi ilə birlikdə bir ay müddətində bağlamalı idi. Təəssüflər olsun ki, o məbləği bu günə qədər ona geri qaytarmadığı üçün hər ay banka ödənişi iddiaçı edir. Qeyd etdiyi kimi həmin pul məbləğini ona kredit götürərək vermişdir. Hazırda isə, Cavabdeh ona olan borcunu ödəməməsi səbəbindən, həmin krediti ödəməkdə çətinlik çəkir. Bu vəziyyət onun maliyyə vəziyyətini ciddi şəkildə pisləşdirmiş, əlavə olaraq digər şəxslərə də borcları olduğu üçün, bu borcları ödəmək məqsədi ilə yeni kredit götürmək imkanı qalmamışdır. Borclu olduğu şəxslər onu tez-tez narahat edir. Cavabdeh isə onun adına götürülmüş krediti ödəməyərək onun adını bankda qara siyahıya silmişdir. Hazırda götürülmüş kredit borcundan 19 ayının ödənişi edilmiş, 29 ayın isə borcu ödənilməmiş qalmışdır. Yəni banka ödəniləcək hazırki borc məbləği 15.341 (on beş min üç yüz qırx bir) manat təşkil edir. O, göstərilələrlə bağlı, eyni zamanda Cavabdeh ona qarşı qanunsuz hərəkətləri ilə bağlı Xaçmaz rayon polis şöbəsinə müraciət etsə də həmin polis idarəsindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cinayət işi açılmasının rədd edilməsi ilə bağlı 15 avqust 2024-cü il tarixli qərarda, Cavabdeh özü də, iddiaçının kredit götürərək ona göstərilən məbləği borc verdiyini izahatında təsdiq etmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməsini xatırlatdıqda isə, polis tədbir görmədiyindən, o, iddiaçıya olan borcunu ödəmək istəmədiyini bildirərək onu təhdid edir. Göstərilənlərə əlaqədar Bakı şəhər Xətai Rayon Polis idarəsinə müraciət etsə də, iş cinayət xarakteri daşımadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan əlavə, göstərilənlər ona yalnız maddi deyil, həm də dərin mənəvi zərər vurmuşdur. Hər ay ödəniş müddəti yaxınlaşdıqca, iddiaçı böyük bir ruhi gərginlik və narahatlıq içində olur. Çünki adıçəkilən şəxs kredit borcunu ödəmək istəmir. Həmçinin, borclu olduğu şəxslərin onunla əlaqə saxlayaraq borclarını tələb etməsi, hər dəfə bankdan müxtəlif şəxslərin - zənglər krediti tələb etməsi üzərində ağır bir psixoloji yük yaradır. Bu vəziyyət, onun həyatında daimi narahatçılıq, stress və emosional sıxıntılara səbəb olur, mənəvi cəhətdən sıxıntı çəkir və gündəlik həyatını ağırlaşdırır. İddiaçıya dəymiş mənəvi ziyanı 5.000 (beş min) manat məbləğində qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, 23 avqust 2023-cü il tarixdə bankdan 17.300 manat kredit pulu götürərək cavabdehə 17.000 manat pulu borc vermişdir. Cavabdeh 1 aya borcu faizləri ilə birlikdə qaytarmalı idi. Lakin o, razılaşmanı pozaraq pulu hissə-hissə ödəməyə başlamışdır. 2023-cü ilin sentyabr cavabdeh təxminən 20 ay ərzində hər ay 550 manat olmaqla, (11.000 manat) pulu banka ödənilməsi üçün ona ödəmişdir, o da öz növbəsində bankın kreditini ödəmişdir. Hazırda banka qalıq ümumi borc 13.257,29 manat olduğundan, o cavabdehdən yalnız həmin məbləğin tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. O, məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, 2023-cü ilin avqust ayında keçmiş iş yoldaşı İddiaçı şəxsi ehtiyacları üçün pula ehtiyacı olduğunu bildirərək borc pul istəyib. İddiaçı hazırda əlində belə bir vəsaitin olmadığını, lakin bankdan kredit götürərək ona kömək edə biləcəyini söylədi. Belə olan halda onda bu təkliflə razılaşıb, çünki bu üsul onun üçün daha münasib idi. Çünkü birtərəfdən həmin məbləği nağd şəkildə dərhal əldə edəcəkdi, digər tərəfdən isə, borcun qaytarılmasını birbaşa bank vasitəsilə aylıq ödənişlərlə hissə-hissə həyata keçirmək onun üçün daha rahat olacaqdı. Bu təklif onun öz təşəbbüsü ilə edilmiş və qarşılıqlı razılıq əsasında o həmin məbləği ondan borc alaraq qəbul etmişdir. 23 avqust 2023-cü ildə Hüseynov çiçək Sədri qızı bankdan əsas məbləği 17.300 manat pul götürərək ona borca vermişdir. Bankdan verilmiş ödəniş planını və hər ay ona ödəməyi üçün **********739892 nömrəli "xxxx" ASC-nə məxsus kartı ona göndərmişdir. Beləliklə 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay 550 manat pulu ümumilikdə 20 ay yuxarıda qeyd etdiyi kart hesabına köçürmüşdür və bütün ödəniş qəbzlərini saxlamışdır. İddia ərizəsində qarşı tərəf qeyd edir ki, ona 17.300 manat əsas məbləğdə pul verib, bu məbləğə əlavə olaraq 8.124 manat da bank faizi olmaqla ümumilikdə 25.424 manatlıq kredit borcu yaranıb və həmin borcun güya onun tərəfindən ödənilmədiyini iddia edir. Lakin həmin iddia ərizəsinin “xahiş edirəm” hissəsində göstərilir ki, onun ona olan borcu cəmi 15.341 manatdır. Bu rəqəmlər arasında 10.000 manatdan artıq fərq var ki, bu da qarşı tərəfin təqdim etdiyi məlumatların qeyri-dəqiq və bir-birinə zidd olduğunu açıq şəkildə ortaya qoyur. Başqa sözlə, İddiaçı xanım öz iddiasının sonunda 15.341 manat tələb etməklə, dolayısı ilə də olsa, borcun ən azı 10.000 manatını onun tərəfindən ödənildiyini özü etiraf etmiş olur. Bu isə o deməkdir ki, qarşı tərəf borcun böyük bir hissəsinin onun tərəfindən qaytarıldığını bilir və qəbul edir. Əlavə olaraq, o bildirmək istəyir ki, mübahisəyə səbəb olan kreditin götürülməsindən sonra 20 ay boyunca hər ay üzrə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Bu ödənişlər birbaşa qarşı tərəfin bank kartına köçürülüb və bütün ödənişləri təsdiqləyən qəbzlər, bank çıxarışları və sübutedici sənədlər tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Bu sənədlər bir daha sübut edir ki, o, öz öhdəliklərini tam məsuliyyətlə yerinə yetirmişdir. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun etibarından sui-istifadə etdiyi kimi yanlış təəssürat yaratmağa çalışdığı açıq hiss olunur. Qeyd etmək istərdi ki, o, İddiaçı ona qarşı göstərdiyi etibara hörmətlə yanaşmışdır və heç bir halda bu etibardan sui-istifadə etməmişdir. Əksinə, götürdüyü öhdəliyi əvvəlcədən razılaşdırılmış şərtlərlə mərhələli şəkildə, ardıcıl olaraq və tam şəffaflıqla yerinə yetirmişdir. Təəssüflə qeyd edir ki, İddiaçı xanım bütün bu ödənişləri və faktiki gerçəklikləri bilərəkdən nəzərə almamış, məhkəməyə həqiqəti əks etdirməyən məlumatlar təqdim etməklə həm məhkəmənin vaxtını almış, həm də onun nüfuzuna xələl gətirməyə çalışmışdır. İddiaçı tərəfindən onun barəsində Xaçmaz Rayon Polis Şöbəsinə də müraciət olunmuşdur. Həmin müraciətdə güya onun iddiaçının hüquqlarını pozduğu və üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi iddia olunmuşdur. Müraciət əsasında o polis idarəsinə dəvət edilmişdir və məsələ araşdırılmışdır. Araşdırma zamanı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və bank sənədləri vasitəsilə, onun hər ay öz üzərinə düşən kredit ödənişlərini vaxtında və tam şəkildə yerinə yetirdiyi açıq şəkildə sübuta yetirilmişdir. Bunu təsdiq edən rəsmi sənədlər istintaqa təqdim olunmuşdur. Nəticə etibarilə, onun hər hansı qanunsuz hərəkətə yol vermədiyi və tərəfindən hər hansı hüquq pozuntusunun baş vermədiyi müəyyənləşdirildiyindən, 15 avqust 2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Bu hal bir daha təsdiqləyir ki, o qarşı tərəfin etibarından sui-istifadə etməmişdir, əksinə, bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirmişdir.....İddianın 5.000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı irəli sürdüyü tələb tamamilə əsassızdır və heç bir hüquqi və sübut əsasına malik deyil. Əgər kredit üzrə ödənişlər güya onun tərəfindən həyata keçirilibsə və bu ödənişlər vaxtında yerinə yetirilibsə, bu halda heç bir bank tərəfindən zəng və ya borcun tələb olunması halı baş verə bilməzdi. Bu, məntiqə və bankın iş prinsipinə tamamilə ziddir. Bankdan zəng və ya xəbərdarlıq yalnız ödəniş gecikdikdə və ya ümumiyyətlə edilmədikdə baş verir. Bundan əlavə, qarşı tərəf mənəvi zərərin məhz hansı əsaslarla və hansı sübutlarla 5.000 manat məbləğində qiymətləndirildiyini göstərməmişdir. Hüquq normalarına görə mənəvi zərərin dərəcəsi və məbləği konkret əsaslandırılmalı və faktlarla sübuta yetirilməlidir. Halbuki qarşı tərəf bu iddiasını sadəcə subyektiv hiss və fərziyyələrlə ifadə etmiş, heç bir rəsmi sənəd, tibbi arayış və ya psixoloji rəy təqdim etməmişdir. Əksinə, kredit ödənişləri onun tərəfindən həyata keçirilmişdir, bu isə bank sistemində heç bir narahatlıq və təqib hallarının yaranmasına səbəb olmamışdır. Onda mövcud olan bank qəbzləri və kart çıxarışları bu iddianı tam təkzib edir. Qeyd etmək istəyir ki, hazırda təqaüddədir və ailələrinin yeganə gəlir mənbəyi onun aldığı təqaüddür. Üç övladının təhsil xərcləri və bu yaxınlarda ürək əməliyyatı keçirmiş anasının müalicə və dərman xərcləri ailələrinin maddi vəziyyətinə ciddi təsir göstərmişdir. Bu səbəbdən, iddia olunan məbləğin birdəfəyə ödənilməsi onun üçün mümkünsüzdür. Bu günə qədər borcun ödənilməsini aylıq şəkildə həyata keçirmişdir və bundan sonra da, kredit tam bitənədək, ay-ba-ay ödənişləri davam etdirəcəyinə dair öhdəlik götürür və bunu məhkəmənin diqqətinə çatdırır. Məhkəmə iddiaçını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı kredit şərtlərini qəbul edərək "xxxx" QSC-dən 17.300 manat məbləğində 48 ay müddətinə 20% (FİFD: 20,61%) faiz dərəcəsi ilə kreditin alınması üçün müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli , 011A********** saylı kredit müqaviləsinin “ödəniş planından” görünür ki, xx.xx.2023 - xx.xx.2027-ci il tarixlərində hər ay 529 manat, xx.xx.2027-ci ildə 561,29 manat olmaqla İddiaçı tərəfindən kredit ödənişləri həyata keçirilməlidir. Xaçmaz rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 1\1-də yaşayan İddiaçı DİN-in rəhbərliyinə müraciət edərək tanışı Cavabdeh 17.000 manat kredit götürüb verdiyini, hazırda isə həmin kreditin hamısının qaytarılmasını tələb etdiyini bildirmişdir. Həmin ərizə şöbənin 1 saylı cinayətlər haqqında ərizə və məlumatların uçotu kitabında 07 avqust 2024-cü il tarixdə 2529 sayda qeydiyyata alınmış və təhqiqat aparılmışdır. Material üzrə izahatı alınmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 1\1-də yaşayan İddiaçı göstərmişdir ki, 2023-cü ilin avqust ayında iş yoldaşı olmuş Cavabdeh iki ay müdddətinə qaytarmaq şərti ilə Xaçmaz şəhərində yerləşən "xxxx"dan 17.000 manat kredit götürərərək Xaçmaz şəhərində yerləşən mağazaların birindən ona göndərdiyini, lakin Cavabdeh ona həmin pulu 2 ay müddətində qaytarmadığını, hər ay ona götürdüyü krediti qaytarmağa başladığını, o isə pulunun hamısını istədiyini bildirmişdir. Material üzrə izahatı alınmış, Bakı şəhəri Xətai rayonu Ş.Mirzəyev küçəsi 10a-da yaşayan Cavabdeh göstərmişdir ki, İddiaçı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işlədiyi vaxtlardan tanımış, iş münasibəti olub, 2022-ci il tarixdə o İddiaçı 30 min manat borc pul istədiyini, ondan 30.000 manat borc pul aldığını və sonradan təxminən 2 aydan sonra Çiçəyin ona verdiyi 30.000 manat pulu artıqlaması ilə ona qaytardğınım, təxminən ona 35.000 manat pul verdiyini, 2023-cü ilin avqust ayında yenə İddiaçı borc pul istədiyini, o, Xaçmaz rayonunda olduğunu, oradan kredit götürüb verə biləcəyini dediyini, oradan Çiçək onun kartına 17.000 manat pulu göndərdiyini, ondan sonra Çiçəyin kredit götürdüyü pulu, yəni 2023-cü ilin sentyabr ayından 550 manatdan pulu Çiçəyin ona atdığı karta göndərdiyini, pulu aldığı vaxtdan hər ay ona göndərdiyini, yəni 11 ayın hamısında pulu Çiçəyə ödədiyini, həmin pulun ödənməsində gecikdirmə eləmədiyini, ona qarşı dələduzluq etmədiyini, onu hədələmədiyini, işdən çıxartmaqla hədələmədiyini, bundan sonra da pulunu hər ay ödəyəcəyini, ödədiyi pulların qəbzini də təqdim etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı kredit şərtlərini qəbul edərək "xxxx" QSC-dən 17.300 manat məbləğində 48 ay müddətinə 20% (FİFD: 20,65%) faiz dərəcəsi ilə kreditin alınması üçün müraciət etmişdir. İş materiallarında əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023xx.xx.2027-ci il tarixlərində hər ay 529 manat, xx.xx.2027-ci ildə 561,29 manat olmaqla İddiaçı tərəfindən kredit ödənişləri həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə “MilliÖn” vasitəsilə Cavabdeh 5.000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, "xxxx" MMC vasitəsilə Ə***** M***** V***** oğluna 2.000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC vasitəsilə X1 5.000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC vasitəsilə X1 5.000 manat məbləğində ödəniş edilmişdir.(digər qəbz) İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" KB ASC-nə məxsus 409809****8766 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli kart hesabına 550 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən "xxxx" ASCnə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin “Leobank” tətbiqetməsi vasitəsilə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən "xxxx" ASC-nə məxsus 416973****9892 nömrəli karta 550 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “hesab.az” saytından elektron çıxarışdan görünür ki, İddiaçı adlı abonentin **********092186 saylı hesab üzrə LD********** saylı müqaviləyə əsasən (kredit məbləği: 17.300) 345,05 manat məbləğində əsas, 183,95 manat faiz borcu vardır. Aylıq ödəniş 529 manat təşkil edir. Ümumi qalıq borc 14.315,29 manat təşkil edir. İş materiallarında olan “hesab.az” saytından elektron çıxarışdan görünür ki, İddiaçı adlı abonentin **********092186 saylı hesab üzrə LD********** saylı müqaviləyə əsasən (kredit məbləği: 17.300) 344,24 manat məbləğində əsas, 184,76 manat faiz borcu vardır. Aylıq ödəniş 529 manat təşkil edir. Ümumi qalıq borc 13.257,29 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia tələblərində göstərilmiş pul tələbi 3.000 manatdan yuxarı borc məbləğinin verilməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir (əsassız varlanma). Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, yaranmış borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin xahişi ilə bankdan kredit götürərək, cavabdehə xx.xx.2023-cü il tarixdə 17.300 manat pulu borc olaraq vermişdir. Həmçinin işin halları ilə müəyyən edilir ki, tərəflərin razılaşmasına görə cavabdeh iddiaçının onun xahişi ilə bankdan aldığı krediti faziləri və digər zəruri ödənişləri ilə birgə iddiaçıya qaytarmalı idi. Belə ki, işin hallarından görünür ki, cavabdehin sifarişi ilə iddiaçı tərəfindən götürülmüş həmin kreditin tam şəkildə banka ödənilməsi hər iki tərəfin iradə ifadəsinə uyğun olmuşdur. İddiaçı sözügedən pul vəsaitini cavabdehə 1 ay müddinə qaytarılması şərti ilə verildiyini qeyd etsə də, cavabdeh pul vəsaitlərinin hissə-hissə bankın ödəniş qrafikinə əsasən qaytarılmalı olduğunu qeyd etmişdir. Pulun hissə-hissə qaytarılacağı barədə tərəflərin öz aralarındakı razılaşmanın iş materialları ilə təsdiq olunmadığı halda, 17.000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və faziləri ilə qaytarılmalı olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbləri 13.257,29 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Belə ki, pulun qaytarılması tərəflər arasında şərtləndirildiyi halda, qaytarılma müddəti və qaydası (hissə-hissə ya birdəfəlik) iş materialları ilə müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən götürülmüş pulun dəqiq məbləği və həmin pulun bankın müəyyən etdiyi ödəniş şərtləri ilə qaytarılmalı olması iş materialları ilə sübuta yetirilmişdir. Buna görə də iddia tələbləri iddiaçının müdafiə etdiyi həcmdə, yəni 13.257,29 manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli məbləğin iddiaçı tərəfindən cavabdehə ödənildiyi xx.xx.2023-cü il tarixindən sonra həmin borcun banka qaytarılması üçün cavabdehin 20 ay ərzində hər ay iddiaçıya bank köçürməsi vasitəsilə 550 manat pul ödəməsi də tərəflərin izahatları ilə təsdiq olunmuş işin mübahisəsiz halıdır. İddiaçıya 5.000 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının borc münasibətlərinin pozulması nəticəsində həcmi və xarakteri məhkəmə tərəfindən müəyyən edilə biləcək həddə sarsıntı və iztirablara məruz qalması iş materialları ilə müəyyən edilmədiyindən, bu hissədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qərara gəlir ki, iddia tələbləri qismən təmin edilməli, dəymiş maddi ziyanla bağlı 13.257,29 (on üç min iki yüz əlli yeddi manat iyirmi doqquz) manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 152 manat dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, buna mütənasib olaraq 129,77 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13.257,29 (on üç min iki yüz əlli yeddi manat iyirmi doqquz) manat borc məbləği və 129,77 (bir yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3955/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3955/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver