Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3963/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər nikaha daxil olmuşlar və onların birgə nikahından bir övladları, xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin nikahı xx.xx.2018-ci il tarixdə pozulmuşdur.
2. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2730/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə iddiası təmin edilərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavbadehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Sonuncu dəfə tərəflər arasında 5 saylı Mediasiya Təşkilatında xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment tutulması barədə xx.xx.2022-ci il tarixdə Barışıq sazişi bağlanmışdır.
4. Cavabdeh ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladı var. Onun aylıq qazancı 478,50 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3700/2017 saylı qətnaməsi ilə övladlarının saxlanılması üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment, uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin onun mənim xeyrimə tutulması qət edilmişdir. Daha sonra, yenidən məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-3730/2019 saylı qətnaməsi ilə övladının saxlanılması üçün hər ay 160 manat, uşaq 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin cavabdehdən onun tutulması qət edilmişdir. Övladının saxlanması üçün bu məbləğ kifayət etmir. Uşağın təhsilinin və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq xərc tələb olunur və bu xərclər yalnız onun hesabıma həyata keçirilir. Övladı böyüdükcə onun saxlanması üçün əlavə məsrəflərdə meydana gəlir ki, hər ay 160 manat aliment məbləği bu xərcləri ödəmir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə göndərdiyi yazılı etirazında qeyd etmişdir ki, qanun uşağın saxlanılması üçün hər iki valideynin iştirakını nəzərdə tutur. O, dövlət qulluğunda işləyir, aylıq əmək haqqı 478,50 manat təşkil edir. İddiaçı özüdə işləyir. O, xx.xx.2021-ci il tarixdə ikinci dəfə evlənib və həmin evlilikdən 20.112.2021-ci il tarixində Əlisənan Sadıqzadə dünyaya gəlmişdir. Hazırda o, 1 yaş 6 aylıqdır, bundan əlavə arvadı ikinci övladlarına 7 aylıq hamilədir, arvadı heç bir yerdə işləmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək, cavabehdən əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
19. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
24. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
25. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
26. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə tərəflərin mediaiyada sonuncu razılaşmaları əldə edildikdən sonra uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri də artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki barışıq sazişi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.
27. Odur ki, barışıq sazişi ilə hər ay 193 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmalıdır.
30. İş materiallarında olan məlumatlar əsasında müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə yenidən nikaha daxil olmuş və onun ikinci nikahından Əlisənan adlı bir azyaşlı övladı var. Həmçinin, iş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi DYMX Neftayırma Müəssisələri üzrə X3 12 nömrəli X5 sürücüsü vəzifəsində xidmət edir və əmək haqqı hər ay 193 manat aliment tutulduqdan sonra 478,50 manat təşkil edir. Cavabdehin yüksək gəlirli rəsmi işinin, habelə əlavə qazancının olması da iş materialları ilə müəyyən edilmir. Bu halda iddiada göstərilən həcmdə cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması onun maddi və ailə vəziyyətini həddən artıq ağırlaşdıra bilər. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir.
31. Həmçinin, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş iddiaçının gəliri məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-də operator vəzifəsində işləyir, əmək haqqı 376,58 manat təşkil edir.
32. Məhkəmə qeyd edir ki, cavabdehin yüksək gəlirli rəsmi işinin, habelə əlavə qazancının olması da iş materialları ilə müəyyən edilmir. Bu halda iddiada göstərilən həcmdə cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması onun maddi və ailə vəziyyətini həddən artıq ağırlaşdıra bilər. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir.
33. İşin şərh edilən hallarını, habelə iddiaçının da hal-hazırda işlədiyini nəzərə alaraq, məhkəmə, cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay 210 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
34. Alimentin tutulma müddətinə gəldikdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
35. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 204 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.
36. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı xərclərə aid edildiyindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Cavabdehdan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı