Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3974/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdirlər ki, Cavabdeh qəsdən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Abşeron və X1 okeonoloq vəzifəsinə düzəldəcəyi barədə X7 yalan vədlər verib aldadaraq, 16 avqust 2020-ci il tarixində Abşeron rayonu, Məmmədli kəndində 1150 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs X7 1150 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə xilasedici işinə düzəldəcəyi barədə İddiaçı2 yalan vədlər verib aldadaraq, 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Elçin” şadlıq sarayının yaxınlığındakı Bakı şəhəri 10 saylı notariat ofisinin qarşısında 3500 manat, həmin ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov metrostansiyasının yaxınlığındakı parkda sonuncunun atası Bəhlul Mustafayev vasitəsilə göndərdiyi 1500 manat və 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Univermaq adlanan yerdə yerləşən “AL” marketin yanında qardaşı Coşqun Mustafayev vasitəsilə göndərdiyi 100 manat pulunu hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxs İddiaçı2 xeyli miqdarda, yəni 5100 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, cavabdeh tanışı X3 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində sürücü işinə düzəldəcəyi barədə X6 yalan vədlər verib aldadaraq 16 dekabr 2020-ci il tarixində, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq evinin yaxınlığında 500 manat, həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Favorit” marketin yaxınlığında 350 manat, 29 mart 2021-ci il tarixində, saat 14 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evdə 250 manat, 2021-ci ilin aprel ayının əvvəllərində, saat 15 radələrində həmin ərazidə yerləşən poçt şöbəsindən göndərdiyi 90 manat, 09 aprel 2021-ci il tarixində, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı restoranda 500 manat, 08 may 2021-ci il tarixində 50 manat, 10 may 2021-ci il tarixində 100 manat, 15 may 2021-ci il tarixində 100 manat, 22 may 2021-ci il tarixində 100 manat olmaqla, ünvan 2 ünvanında yerləşən marketdəki “eManat” ödəmə aparatı vasitəsilə ona məxsus, “Kapital Bank”a aid 6768-6771-7549-0352 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs X6 ümumilikdə 2040 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, cavabdeh özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə X4 xidmət etdiyi Azərbaycan Respublikası DİN-in X5 rayonunda yerləşən hərbi hissəsindən Azərbaycan Respublikası DİN-in X14 xidməti yerdəyişmə etdirəcəyi ilə bağlı sonuncunun atası İddiaçı1 yalan vədlər verib aldadaraq, 09 dekabr 2022-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Pəncərə” kafesində sonuncudan 3300 manat, X2 Zaqatala rayonundan mobil tətbiq vasitəsilə ona məxsus “Kapital Bank”a aid 6768-6776-7549-0352 nömrəli plastik kart hesabına 13 dekabr 2022-ci il tarixində 1000 manat, 20 dekabr 2022-ci il tarixində 2020 və 202 manat göndərilməsinə nail olub, həmin tarixlərdə Abşeron rayon, Məmmədli kəndi, Məmmədli yolunda yerləşən “Araz” supermarketdəki “Kapital Bank”a aid bankomat vasitəsilə çıxarmaqla hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə xeyli miqdarda, yəni 6522 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Zaqatala Rayon Məhkəməsinin İş № 1(033)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə aşağıdakılar hökm edilmişdir: Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, o, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs X7 münasibətdə 1150 manat maddi ziyan vurmaqla törədilmiş dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət təqibinə xitam verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 3 (üç) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cavabdeh cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər X7 vurularaq ödənilməmiş 1150 (bir min bir yüz əlli) manat, İddiaçı2 vurularaq ödənilməmiş 5100 (beş min bir yüz) manat və İddiaçı1 vurularaq ödənilməmiş 6522 (altı min beş yüz iyirmi iki) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən apellyasiya şikayəti verilmiş və qanunla müəyyən edilmiş müddətdə qanuni qüvvəsini almışdır. Hökmlə məhkum edilmiş Cavabdeh hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində cəza çəkir. Birinci paraqraf üzrə göstərilən cinayət işi ilə bağlı İddiaçı1 6522 manat məbləğində maddi ziyan, İddiaçı2 5100 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirli şəxs (cavabdeh) barəsində cinayət işi başlayanadək və ondan sonrakı bütün müddət ərzində vurduğu ziyanı ödəcəyinə dair vədlər versə də, bununla bağlı heç bir addım atmamış, vurulmuş maddi ziyanı ödəmək üçün hər dəfə bir ay müddətinə ödəcəyinə dair yalançı vədlər vermiş, lakin heç bir ödəniş etməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən, həmin icraat çərçivəsində ziyanın ödənilməsi məsələsi açıq qalmış və tərəflərə ayrıca iddia verə biləcəkləri izah edilmişdir. Yuxarıda sadalanan hallar və ən əsası dəymiş ziyanın ödənilməməsi zərərçəkmiş şəxslərə hüquq verir ki, mülki icraat qaydasında onlara dəymiş ziyanın ödənilməsinə nail olsunlar. Bu əsasla hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçılar göstərilənləri nəzərə alaraq, cinayət hadisəsi nəticəsində İddiaçı1 vurulmuş 6522 manat məbləğində maddi ziyanın və İddiaçı2 vurulmuş 5100 manat məbləğində maddi ziyanın, o cümlədən dövlət rüsumu kimi ödənilmiş 125 manat pulun cavabdehdən iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsində cəza çəkən Cavabdeh lazımı qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslər X7 vurularaq ödənilməmiş 1150 manat, İddiaçı2 vurularaq ödənilməmiş 5100 manat və İddiaçı1 vurularaq ödənilməmiş 6522 manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, Cavabdeh özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə xilasedici işinə düzəldəcəyi barədə İddiaçı2 yalan vədlər verib aldadaraq, 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Elçin” şadlıq sarayının yaxınlığındakı Bakı şəhəri 10 saylı notariat ofisinin qarşısında 3500 manat, həmin ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov metrostansiyasının yaxınlığındakı parkda sonuncunun atası Bəhlul Mustafayev vasitəsilə göndərdiyi 1500 manat və 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Univermaq adlanan yerdə yerləşən “AL” marketin yanında qardaşı Coşqun Mustafayev vasitəsilə göndərdiyi 100 manat pulunu hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxs İddiaçı2 xeyli miqdarda, yəni 5100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda həmin hökmdən görünür ki, Cavabdeh özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə X4 xidmət etdiyi Azərbaycan Respublikası DİN-in X5 rayonunda yerləşən hərbi hissəsində Azərbaycan Respublikası DİN-in X14 xidməti yerdəyişmə etdirəcəyi ilə bağlı sonuncunun atası İddiaçı1 yalan vədlər verib aldadaraq 09 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Pəncərə” kafesində sonuncudan 3300 manat, X2 Zaqatala rayonundan mobil tətbiq vasitəsilə ona məxsus, “Kapital Bank” a aid 6768-6771-7549-0352 nömrəli plastik kart hesabına 13 dekabr 2022-ci il tarixdə 1000 manat, 20 dekabr 2022-ci il tarixdə 2020 və 202 manat göndərilməsinə nail olub, həmin tarixlərdə Abşeron rayon, Məmmədli kəndi, Məmmədli yolunda yerləşən “Araz” supermarketdəki “Kapital Bank”-a aid bankomat vasitəsilə çıxarmaqla hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə xeyli miqdarda, yəni 6522 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı2 Cavabdeh inanaraq, onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinə xilasedici kimi işə düzəltməsi məqsədilə cavabdehə 3500 manat bir, 1500 manat bir, 100 manat bir olmaqla ümumilikdə 5100 manat məbləğində pul vermiş, Cavabdeh həmin məbləği qaytarmamışdır. Eyni zamanda Cavabdeh İddiaçı1 oğlu Toğrul Bəşirovu xidmət etdiyi Azərbaycan Respublikası DİN-in X5 rayonunda yerləşən hərbi hissəsində Azərbaycan Respublikası DİN-in X14 xidməti yerdəyişmə etdirəcəyi ilə bağlı İddiaçı1 yalan vədlər verib aldadaraq, 09 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Pəncərə” kafesində sonuncudan 3300 manat, X2 Zaqatala rayonundan mobil tətbiq vasitəsilə ona məxsus, “Kapital Bank” a aid 6768-6771-7549-0352 nömrəli plastik kart hesabına 13 dekabr 2022ci il tarixdə 1000 manat, 20 dekabr 2022-ci il tarixdə 2020 və 202 manat göndərilməsinə nail olub, həmin tarixlərdə Abşeron rayon, Məmmədli kəndi, Məmmədli yolunda yerləşən “Araz” supermarketdəki “Kapital Bank”-a aid bankomat vasitəsilə çıxarmaqla hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə xeyli miqdarda, yəni 6522 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh əməli, iddiaçılara vurduğu zərər Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı2 xeyrinə 5100 manat, İddiaçı1 xeyrinə 6522 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı2 xeyrinə 5100 manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 71 manat dövlət rüsumu, İddiaçı1 xeyrinə 6522 manat maddi zərər və ödənilmiş 85 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3974/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3974/2024
26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver