Məhkəmə qərarları › İş №2(011)-3980/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3980/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3980/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrisinə oğluna “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı ASC-nin xeyrinə 6055 manat əsas və 849,39 manat faiz borcunun, ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC.arasında bağlanmış xx.xx.2015-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinnə, illik 27,31% olmaqla 6055 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 6055 manat məbləğində əsas borc, 849,39 manat məbləğində faiz borcu olmaqla, cəmi 6904,39 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nə ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh1 məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. Sonradan İddiaçı ASC məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə ümumilikdə 4739,39 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən zaminlik öhdəliyinə xitam verilməsini və iddianın ona aid olan hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış RF/06425/52/24 saylı qarışıq kredit sazişinə əsasən bank illik 27,31% ödəmək şərti ilə 6055 manat məbləğində kredit vermişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə Cavabdeh1 etiraz ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh etirazında Mülki Məcəllənin 477.04-cü maddəsinə əsasən, zaminliyə verilmiş müddətin ötürülməsi səbəbi ilə zaminliyə xitam verildiyini göstərmişdir. Halbuki, kredit müqaviləsində öhdəliyin icrası və zaminliyin verilmə müddəti xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək müəyyən edilmiş, iddiaçı isə öhdəlik icra edilmədiyi üçün həmin müddət ərzində həm əsas borcluya, həm də zaminə münasibətdə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh1 məhkəmə əmrinə etiraz verməklə əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında yenidən baxılması iddiaçının zaminə qarşı tələb hüququnu irəli sürməkdə müddəti ötürməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı zaminliyin verilmə müddəti bitmədən məhkəməyə müraciət etdiyindən, zaminliyə xitam verilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə digər cavabdehə qarşı iddia tələbi ona aid hissədə də təmin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 25 iyun 2015-ci il tarixli müqaviləyə görə 4739,39 (dörd min yeddi yüz otuz doqquz manat otuz doqquz qəpik) manat kredit borcu müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar