Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3989/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı Cavabdeh 28 aprel 2023-cü il tarixində 6 aya qaytarılmaq şərtilə 28485 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi Bakı şəhəri 51 saylı notariat ofisində rəsmiləşdirilmişdir.
2. Cavabdeh bu günə kimi 21800 manat ödəsə də, qalıq borc olan 6685 manat borcunu dəfələrlə edilmiş müraciətlərə baxmayaraq müxtəlif bəhanələr gətirərək ödəmək istəmir.
İddiaçının tələbi:
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 28 aprel 2203-cü ildə Bakı Şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş “Kredit Müqaviləsi”-nə əsasən, ödənilməmiş 6685 manat əsas borcun, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik 5 %-nin, yəni 668 manatın, dövlət rüsumu üçün ödənilmiş 93,53 manatın və 220 manat vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, 6085 manat əsas borcun, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizinin, yəni 668 manatın, dövlət rüsumu olaraq ödədiyi 93.53 manatın və vəkil xərci üçün ödədiyi 220 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
6. xx.xx.2025ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil öz izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh 28 aprel 2023-cü ildə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş “Kredit müqaviləsi”nə əsasən borclu 28485 manat məbləğində borcunu xx.xx.2023-cü ilə kimi hər ayın 01 tarixində 4000 manatdan az olmamaq şərti ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü ilə kimi borc məbləğinin müəyyən hissəsini qaytarsa da, 10000 manata kimi olan borcdan bir il gecikdirməklə 2500 manatını ödəmiş, qalıq borc olan 7485 manat borcdan isə məhkəməyə müraciət ediləndən sonra 900 manat və 500 manat, ümumilikdə 1400 manatını ödəyərək, hazırda 6085 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7. maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edim ki, 10000 manatın və hazırda qalıq borc olan 6085 manatın gecikdirilmiş vaxt üçün illik beş faizini ümumilikdə 668 manat hesablanmışdır. İddiaçıyla Cavabdeh arasında bağlanmış və 28 aprel 2023-cü ildə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş “Kredit müqaviləsi”nə əsasən ödənilməmiş 6085 manat əsas borcun, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizinin, yəni 668 manatın, dövlət rüsumu üçün ödənilən 93,53 manatın və 220 manat vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Şahid öz izahatında bildirmişdir ki, bu borclar ona məxsusdur, sadəcə o xəstə olub və müalicə üçün Türkiyəyə gedib, həmin vaxtda borcları geri qaytarmaq üçün iddiaçı oğlu Cavabdeh aparıb notariusda sənəd imzaladıb ki, guya borc pul götürüb, ancaq o borc aptekə görə yaranmışdır.
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında borclu olduğunu etiraf etmiş, lakin bildirmişdir ki, kreditdən müəyyən qədər ödənişlər etmişdir. Məhkəmədən ödənişlərin dəqiqləşdirilərək qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, kredit verən (İddiaçı) kredit alana (Cavabdeh) 28485 manat məbləğində kredit pul vermiş, kredit alan krediti xx.xx.2023-cü il tarixinədək kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür.
10. xx.xx.2023-cü il tarixli mədaxil orderinə əsasən, İddiaçı 28485 manat məbəğində pul vəsaiti köçürülmüşdür.
11. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, Bakı Şəhəri 13 saylı Vəkil Bürosuna 220 manat məbləğində pul vəsaiti ödənilmişdir.
12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (kreditlu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə kreditludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən kreditlu kreditora dəymiş zərərin əvəzini ödəməyə kreditludur; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, kreditlu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Kreditlu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Kredit müqaviləsinə görə bir tərəf (kreditverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (kreditalana) verməyi öhdəsinə götürür, kreditalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kreditverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Kredit müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, kredit müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Kreditalan kreditu (həmçinin faizləri və (və ya) haqları) kredit müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) kreditverənə qaytarmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə kreditludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş 28 aprel 2023-cü il tarixli kredit müqaviləsində öz təsdiqini tapır. (§9,§10) Müqaviləyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ümumilikdə 28485 manat məbləğində kreditin geri qaytarılmasını öhdəsinə götürmüş, lakin öhdəliyi lazımınca yerinə yetirməmişdir. MM-in 742.1-cü maddəsinə əsasən kreditalan krediti (həmçinin faizləri və (və ya) haqları) kredit müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada kreditverənə qaytarmalıdır. (§13)
17. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında müqavilə və razılaşma əsasında iddiaçıdan pul vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pul vəsaitini daha sonra iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə tərəflər arasındakı müqavilə əsasında pul vəsaitini almaq hüququndan istifadə etmiş, lakin həmin pul vəsaitini geri qaytarmalı olmasına dair vəzifəsini yerinə yetirməmişdir.
18. Məhkəmə qeyd edir ki, iddiaçının digər bir tələbi isə gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizinin, yəni 668 manatın cavabdehdən tutularaq ona ödənilməsi olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış kredit müqavilsəsinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ümumilikdə, 28485 manat məbləğində kreditin geri qaytarılmasını öhdəsinə götürmüşdür. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşməsi barədə ərizənin məzmunundan müəyyən olmuşdur ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixindən məhkəməyə müraciət olunan tarixədək 7485 manat məbləğində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, 7485 manat məbləğində borcun gecikdirilməsinə görə illik 5% həcmində faiz borcu hesablanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, həmin borc məbləğinin gecikdirildiyi hər ay üzrə aylıq 31,20 manat məbləğində faiz borcu hesablanmalıdır. Beləliklə, cavabdeh borc məbləğini 17 ay 15 gün gecikdirdiyi üçün iddiçının tələbi həmin hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün 546 (17,5x31,20=546) manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6085 manat əsas borc, gecikdirilmiş borc üçün hesablanmış 546 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə, 6631 manat və vəkil xərcinə görə ödənilmiş 220 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,31 (səksən altı manat otuz bir qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. İddiaçının digər bir tələbi isə hüquqi yardım üçün ödədiyi 220 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzə əsasən, “mpay” ödəniş sistemi vasitəsilə “13 Saylı” Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 220 manat məbləğində pul vəsaiti ödənildiyini təsdiq edir. Buna görə də iddia həmin hissədə də təmin edilməlidir. (§11)
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 6085 manat əsas borc, gecikdirilmiş borc üçün hesablanmış 546 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə, 6631 (altı min altı yüz otuz bir manat) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,31 (səksən altı manat otuz bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. Cavabdeh göstərilmiş hüquqi yardımın əvəzi olaraq 220 (iki yüz iyirmi manat) manat pul tutularaq İddiaçı ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Sədrlik edən: Samirə Eyvazova