Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Kreditor “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu İbrahimov X1 xeyrinə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli NQİ54-53 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25 faizdən 3500 manat kredit verilmişdir. Borclu, kredit öhtəliyinin şərtlərini pozaraq 24 ay ərzində hər ay 186,80 manat ödəniş hesabından cəmi 4483,21 manat əvəzinə 562 manat ödəniş etmişdir. Borclu Cavabdeh kredit borcunun qaytarılması barədə xx.xx.2016-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.Borclu Cavabdeh xx.xx.2017-cı il tarixə borcu 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(011)-3441/2017 saylı əmri ilə borclu Cavabdeh kreditor “xxxx” MMC-nin xeyrinə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat borcun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hem bir məlumat verməmiş.dir. Cavabdeh işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, iddia ərizəsində göstərilən borc məbləği ilə razı olmadığını, borcunu tamamilə ödədiyini göstərərək iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyərək iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli NQİ54-53 saylı nağd pul krediti müqaviləsindən görünür ki, borc alana 24 ay müddətinə illik 25% hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə olan borcu xx.xx.2017-ci il tarixə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 398 manat cərimə borcu olmaqla cəmi 4323,77 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “xxxx”MMC-yə xx.xx.2014-cü il tarixli NQİ54- 53 saylı kredit müqaviləsi üzrə 3437,51 manat əsas borc, 488,26 manat faiz borcunun qalması iş materialları ilə təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə tələb edilən dəbbə pulunun məbləğləri azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 398 manat dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı və 18 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 90 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsümunun 18 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3437,51 manat əsas borc, 488,26 manat faiz borcu, 18 manat cərimə olmaqla, cəmi 3943,77 (üç min doqquz yüz qırx üç manat 77 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq iddiaçı “xxxx”MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver