Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4053/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021 -ci il tarixli kredit müqaviləsi üzrə 914,85 manat əsas borc 66,34 manat faiz, 46,07 manat cərimə borcu olmaqla, cəmi 1.027,26 manat və 30,27 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçıASC-dən illik 21.3 faizlə 24 ay müddətinə 2.400 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il aprelin 28-dək Cavabdeh banka xx.xx.2021 -ci il tarixli kredit müqaviləsi üzrə 914,85 manat əsas borc, 66.34 manat faiz, 92.13 manat cərimə borcu olmaqla, cəmi 1.073,32 manat borcu vardır. Cavabdeh banka xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 92,13 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 46,07 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4053/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1”-in məzmunundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razıdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1” Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5”-in məzmunundan görünür ki, istehlak məqsədi ilə illik 21.3 faizlə, 24 ay müddətinə 2.400 manat məbləğində kreditin verilməsi "xxxx" ASC ilə Cavabdeh arasında razılaşdırılmışdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd edilmiş Əlavə üzrə illik cərimə 180% həddində qeyd edilmişdir. Aylıq ödəniş hər ayın 24-ü 123,68 manat məbləğində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11-Y-1-0-1933-21 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 1.485,15 manat əsas borc, 66.34 manat faiz borcu və 92,13 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.073,32 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 2204-********** kodlu məxaric qəbzindən görünür ki, 2.400 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 11-Y-1-0-1933-21 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri ödəmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddia tələbləri təmin edilməlidir. Məhkəmə hesab edir ki, 30,27 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” üzrə 11-Y-1-0-1933-21 saylı razılaşmaya əsasən 914,85 (doqquz yüz on dörd manat səksən beş qəpik) manat məbləğində əsas borc, 66,34 (altmış altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 46,07 (qırx altı manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.027,26 (bir min iyirmi yeddi manat iyirmi altı qəpik) manat məbləğində borc məbləği və 30,27 (otuz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4053/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4053/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver