Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4057/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və qadağan edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixdə göstərişlərdə (Trassa) müəyyən edilmiş “2” nömrəli nöqtədə, yəni Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi 1 ünvanında elektrik kabel xəttinin çəkilişi zamanı cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 tərəfindən elektrik kabel xəttinin çəkilməsinə dair yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərə həmin maneələrin yenidən yaradılmasının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 19.12.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış və tikinti sahəsində fəaliyyət göstərən təşkilatdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 326 №-li, 12.06.2008-ci il tarixli Sərəncamına əsasən, "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə 10059.00 kv.m torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 326 №-li, 12.06.2008-ci il tarixli Sərəncamınının addan-ada keçirilməsi haqqında” 491 №-li, 18.11.2016-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə 10059.00 kv.m torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə dair Sərəncam və İnşaat Pasportu İddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 246 №-li, 30.07.2019-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək 1.18 ha müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə İddiaçı MMC (icarəçi) arasında olan 1548 №-li, 02.09.2019-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsinə dair” müqavilə bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə yerləşən torpaq sahəsi 49 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********77 reyestr nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2337-ci məhəllə xüsusi mülkiyyət hüququ üzrə (0.9767 ha) İddiaçı MMC-yə məxsusdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29.10.2019-cu il tarixli, 34 №li Sərəncamından Çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə 13-14 mərtəbəli yaşayış kompleksinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 23.06.2020-ci il tarixli “Tikintiyə icazə” sənədinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə yaşayış kompleksinin tikintisinə icazə verilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı MMC qanunvericiliklə müəyyən edilmiş qaydada tikinti üçün tələb edilən müvafiq icazələri almışdır. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış kompleksini elektrik enerjisi ilə təchiz etmək məqsədilə "xxxx" ASC-dən 18.07.2016-cı il tarixdə TX-16/0457 №-li Texniki Şərt alınmış və Cəmiyyətimizin müvafiq ərizəsi əsasında X5 qüvvədə olma müddəti 30.03.2021-ci il tarixədək artırılmışdır. "xxxx" ASC tərəfindən verilmiş 18.07.2016-cı il tarixli, TX-16/0457 №-li Texniki Şərtin 2.1-ci bəndinə əsasən, 110/10 kV-luq “Radiozavod” yarımstansiyasının 10 kV-luq PQ-dan layihə əsasında inşa ediləcək transformator məntəqəsinədək (TM) XLPE-10 kV, 6(1x240 mm2) markalı ikidövrəli kabel xəttinin çəkilməsi abonentin, yəni Cəmiyyətimizin öhdəliyinə aid edilmişdir. Bundan əlavə, X5 2.2-ci bəndinə əsasən kabel xəttinin trassası Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınması müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair göstərişlər (Trassa) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixdə verilmişdir. Həmin trassada elektrik kabel xəttinin müyyən edilmiş cizgi üzrə çəkilməsi göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən göndərilmiş 02.10.2020-ci il tarixli, 4-2813/17 №-li məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik xətlərinin çəkilməsi ilə əlaqədar, asfalt örtüyünün sökülməsinə icazə verilmiş və digər məsələlər müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixdə verilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair göstərişlərə (Trassa) əsasən müəyyən edilmişdir ki, elektrik kabel xəttinin müyyən edilmiş cizgi üzrə (8 sınma nöqtəsindən ibarət) çəkilməlidir. Lakin, sözügedən elektrik kabel xəttinin layihəsinə dair cizgidə göstərilən xətt üzrə “2” nömrəli nöqtədə (Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi 1 ünvanı) kabel xəttinin çəkilməsi zamanı, “Radiozavod” yarımstansiyasının mühafizə zolağı qanusuz olaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmin “2” nömrəli nöqtədən (Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi 1 ünvanı) kabel xəttinin qoruyucu azbest borular vasitəsilə yeraltı çəkilişinə maneçilik törədirlər. Göstərilənlərlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə, Xətai Rayon Bələdiyyəsinə, o cümlədən cavabdehlərə yazılı qaydada müraciət edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi üçün qanunvericilikdə bir sıra təminatlar müəyyən olunmuşdur. Bu təminatlar arasında özgənin sahibliyində olan torpaq sahəsindən zəruri yol və keçid tələb etmək hüququ da vardır. Bu hüquqa görə, əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və ya su təchizatı xətlərinə keçid yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Bu hüquqdan istifadə olunması üçün hər şeydən əvvəl, müəyyən edilməlidir ki, birincisi, tələbkar şəxsin ictimai yola və.s zəruri keçidi yoxdur; ikincisi, qonşuların torpaq sahəsindən keçid yolu ayırmadan buna müvəffəq olmaq qeyrimümkündür. Hazırki vəziyyətdə də elektrik kabel xəttinin cizgisi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış və həmin trassa üzrə təsdiq edilmişdir. Ona görə də, elektrik kabel xəttinin çəkilməsi üçün digər keçidin ayrılması mümkünsüzdür. Digər xüsusat ondan ibarətdir ki, elektrik kabel xəttinin layihəsinə dair cizgidə göstərilən xətt üzrə “2” nömrəli nöqtədə, yəni Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi 1 ünvanında Cavabdeh2 və Cavabdeh1 maneçelik törətməsinin səbəbi kimi iddia edirlər ki, həmin ərazi xüsusi mülkiyyət hüququ üzrə onlara məxsusdur. Lakin, bununla bağlı heç bir sənəd təqdim etməmişdirlər ki, onlarla razılaşma mümkün olsun. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi, Xətai Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 326 №-li, 12.06.2008-ci il tarixli Sərəncamına əsasən, "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə 10059.00 kv.m torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 326 №-li, 12.06.2008-ci il tarixli Sərəncamınının addan-ada keçirilməsi haqqında” 491 №li, 18.11.2016-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə 10059.00 kv.m torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə dair Sərəncam və İnşaat Pasportu İddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 246 №-li, 30.07.2019-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək 1.18 ha müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə İddiaçı MMC (icarəçi) arasında olan 1548 №-li, 02.09.2019-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsinə dair” müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə yerləşən torpaq sahəsi 49 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********77 reyestr nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2337-ci məhəllə xüsusi mülkiyyət hüququ üzrə (0,9767 ha) İddiaçı MMC-yə məxsusdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29.10.2019cu il tarixli, 34 №-li Sərəncamından Çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə 13-14 mərtəbəli yaşayış kompleksinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 23.06.2020-ci il tarixli “Tikintiyə icazə” sənədinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə yaşayış kompleksinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış kompleksini elektrik enerjisi ilə təchiz etmək məqsədilə "xxxx" ASC-dən 18.07.2016-cı il tarixdə TX-16/0457 №-li Texniki Şərt alınmış və Cəmiyyətimizin müvafiq ərizəsi əsasında X5 qüvvədə olma müddəti 30.03.2021-ci il tarixədək artırılmışdır. "xxxx" ASC tərəfindən verilmiş 18.07.2016-cı il tarixli, TX-16/0457 №-li Texniki Şərtin 2.1-ci bəndinə əsasən, 110/10 kV-luq “Radiozavod” yarımstansiyasının 10 kV-luq PQ-dan layihə əsasında inşa ediləcək transformator məntəqəsinədək (TM) XLPE-10 kV, 6(1x240 mm2) markalı ikidövrəli kabel xəttinin çəkilməsi abonentin öhdəliyinə aid edilmişdir. X5 2.2ci bəndinə əsasən kabel xəttinin trassası Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınması müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair göstərişlər (Trassa) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixdə verilmişdir. Həmin trassada elektrik kabel xəttinin müyyən edilmiş cizgi üzrə çəkilməsi göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən göndərilmiş 02.10.2020-ci il tarixli, 4-2813/17 №-li məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik xətlərinin çəkilməsi ilə əlaqədar, asfalt örtüyünün sökülməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı MMC-yə ünvanladığı 19.03.2021-ci il tarixli, 134 №-li məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin çəkilişi üçün "xxxx" ASC tərəfindən verilmiş texniki şərtə əsasən verilən trassanın müəyyən hissəsi Seyid Mirhəsənağa küçəsində fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən keçir. Elektrik kabellərinin fərdi yaşayış evinin həyətindən keçən hissəsi torpaq mülkiyyətçisi ilə qarşılıqlı razılaşma əsasında müsbət həll oluna bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixdə verilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair göstərişlərə (Trassa) əsasən müəyyən edilmişdir ki, elektrik kabel xəttinin müyyən edilmiş cizgi üzrə (8 sınma nöqtəsindən ibarət) çəkilməlidir. Sözügedən elektrik kabel xəttinin layihəsinə dair cizgidə göstərilən xətt üzrə “2” nömrəli nöqtə Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi 1 ünvanına düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi ev 1A X1 07.07.2017-ci il tarixdən xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3313 nömrəli, 30.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqmüəyənedici və texniki sənədlərinin mövcud olub-olmamasının, eləcə də həmin evin həyətyanı torpaq sahəsinin kimin mülkiyyətində olmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixli göstərişlərdə müəyyən edilmiş trassanın (2 nömrəli nöqtə) ünvan 2 ünvanında yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və həyətyanı torpaq sahəsinin hüdudlarından keçdiyi müəyyən olunmuşdur. Elektrik kabel xəttinin layihələndirilməsinə dair tərtib edilmiş “Trassa”da 1 nöqtəsi kimi qeyd edilən yarımstansiyanın yerləşdiyi sahəyə iş üzrə cavabdehlərin yaşadıqları evin qarşısından keçən məhəllədaxili küçədən getmək üçün piyada və avtomobil yolu olduğunu, həmçinin evin qarşısındakı küçənin bir hissəsinin həmin yarımstansiyanın yerləşdiyi sahədən keçdiyini nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair alternativ trassanın müəyyən edilməsi mümkündür. Bunun üçün elektrik kabel xəttinin yarımstansiyaya birləşdirilməsi yuxarıda qeyd olunan məhəllədaxili küçə ilə göstərilməklə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin müvafiq mütəxəssisləri tərəfindən yeni trassa (elektrik kabel xəttinin layihələndirilməsinə dair göstərişlər) tərtib olunmalıdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xətlərinin ünvan 2 ünvanında yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və ya həyətyanı torpaq sahəsinin hüdudlarından aparılmasının “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın 2.3.1.4., 2.3.1.7. və 2.3.8.8. bəndlirinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın 2.3.1.4. bəndinə əsasən yeraltı kabel xətləri üçün, qüvvədə olan elektrik şəbəkələrinin mühafizə qaydalarına müvafiq olaraq, kabelüstü meydançanın ölçüsündə mühafizə zonaları qurulmalıdır: a) gərginliyi 1 kV-dan yüksək kabel xətləri üçün, kənar kabellərin hər tərəfindən 1m olaraq; b) gərginliyi 1 kV-dək kabel xətləri üçün, kənar kabellərin hər tərəfindən 1m olaraq, şəhərlərdə səki örtüyünün altında kabel xətləri keçdikdə isə - tikililər tərəfə 0,6m və küçənin nəqliyyatın hərəkət etdiyi tərəfə 1m olaraq. Həmin Qaydanın 2.3.1.7. bəndinə əsasən kabel xəttinin trassası mexaniki təsirlər zamanı onun qorunmasının təmin olunmasını, korroziyadan, titrəyişlərdən, qızmadan və hər hansı bir kabeldə QQ baş verdikdə qonşu kabelləri elektrik qövsü ilə zədələnmələrindən mühafizəsinin təmin edilməsi nəzərə alınmaqla seçilməlidir. Həmin Qaydanın 2.3.8.8. bəndinə əsasən bilavasitə torpaqda yerləşdirilmiş kabeldən, binaların və tikililərin özüllərinə kimi olan məsafə 0,6m-dən az olmamalıdır. Kabellərin bilavasitə yerin içində, binaların və tikililərin özülləri altında çəkilməsinə yol verilmir. Sadalanan qanunvericilik aktı normalarına və mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş həqiqi hallarına əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixli göstərişlərdə müəyyən edilmiş trassanın (2 nömrəli nöqtə) ünvan 2 ünvanında yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və həyətyanı torpaq sahəsinin hüdudlarından keçir. Bu isə, elektrik kabel xətlərinin ünvan 2 ünvanında yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və ya həyətyanı torpaq sahəsinin hüdudlarından aparılması “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın 2.3.1.4., 2.3.1.7. və 2.3.8.8. bəndlərinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3313 nömrəli, 30.09.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair alternativ trassanın müəyyən edilməsi mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarının elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik xətlərinə alternativ keçidinin olması halı nəzərə alınmaqla “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın tələblərinə uyğun olmayan qaydada elektrik kabel xəttinin çəkilişinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd edildiyindən ekspertiza xərci olan aparılmış tədqiqatın dəyəri olan 100 manat iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı - Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 2337-ci məhəllədə inşa edilən yaşayış binalarına elektrik kabel xəttinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 14.09.2020-ci il tarixdə göstərişlərdə (Trassa) müəyyən edilmiş “2” nömrəli nöqtədə, yəni Bakı şəhəri, Xətai rayonu, Seyid Mirhəsənağa küçəsi 1 ünvanında elektrik kabel xəttinin çəkilişi zamanı cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 tərəfindən elektrik kabel xəttinin çəkilməsinə dair yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərə həmin maneələrin yenidən yaradılmasının qadağan edilməsi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat İddiaçı MMC-dən dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4057/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4057/2021
28.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver